Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov manatın yeni devalvasiya imkanını istisna edib.
“Neftin qiyməti sabit olaraq qalır və ötən dövrə nisbətən hətta 25% artıb. O cümlədən, qeyri-neft ixracı artıb, turizm inkişaf edir və turizm sektorundan əldə olunan gəlirlər artıb. Bütövlükdə, Azərbaycanda iqtisadi fəallıq müşahidə olunur. Bu makroiqtisadi mənzərədən görünür ki, devalvasiyadan, manatın zəifləməsindən söhbət gedə bilməz, . Bunun üçün ciddi arqument yoxdur”, - E.Rüstəmov bu gün “APA” agentliyinə bildirib.
O qeyd edib ki, ümumilikdə Azərbaycanda makroiqtisadi sabitlik müşahidə edilir. E.Rüstəmov bildirib ki, Azərbaycanın tədiyyə balansı müsbət zonadadır və ilin əvvəlindən ölkənin valyuta ehtiyatları artıb.
O, əhalinisakitliyə çağırıb.”Biz bankların bütün tələbatlarını ödəyirik. Ölkəyə kifayət qədər nağd valyuta gətirilib. Məzənnədə tərəddüd üçün əsas heç bir əsas yoxdur. Bir daha bildirirəm ki, ümumi iqtisadiyyat sabitdir”, - AMB sədri bəyan edib.
“Əsas xarici ticarət tərəfdaşlarımız olan qonşu ölkələri izləyirik ki, onların valyuta məzənnələrində olan dəyişikliklər psixoloji olaraq 0,2 və ya 0,3% dərəcəsində müəyyən volatillik yarada bilir. Amma bu ciddi bir şey deyil - manatın rəsmi məzənnəsi sabitdir. Qonşu ölkələrdə vəziyyətin normallaşacağına ümid edirik”, - o bildirib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət