İctimai Televiziya və Radio Yayımları şirkətinin Yayım Şurası Balakişi Qasımovu İTV-nin yeni baş direktoru seçib.
“İTV Yayım Şurasının bugünkü iclasında Cəmil Quliyevin İTV-nin baş direktoru vəzifəsində səlahiyyətlərinə xitam verilib. Şuranın iclasında B.Qasımov İTV-nin yeni baş direktoru seçilib”, - telekanalın mılumatında deyilir.
Qeyd olunur ki, C.Quliyev səhhəti və gələcək yaradıcılıq planları ilə əlaqədar vəzifədən getmək istəyi ilə bağlı Şuraya rəsmi müraciət edib.
“Belə qərara gəldim ki, bundan sonra yalnız mədəniyyət, incəsənət və elm sahəsində, habelə ictimai fəaliyyətimi davam etdirim və nəzərdə tutduğum planları həyata keçirim”, - məlumatda C.Quliyevin sözlərindən sitat gətirilir.
O, Azərbaycan prezidenti İlham Əliyevə İTV-nin baş direktoru vəzifəsində göstərilən etimada görə öz minnətdarlığını bildiririb, İTV Yayım Şurasının üzvlərinə, televiziyanın kollektivinə təşəkkür edib.
Balakişi (Balaş) Qasımov (20 oktyabr 1978-ci ildə Bakıda anadan olub) “Kim? Harada? Nə vaxt?” elitar klubunun oyunçusu, Azərbaycanda “Kim? Harada? Nə vaxt?” oyununun aparıcısı və baş prodüsseri, Gametv.az prodüser mərkəzinin rəhbəridir. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət