Azərbaycan prezidenti İlham Əliyev yaxın günlərdə “Şahdəniz” qaz yatağının işlənməsinə dair “Mərhələ-2” layihəsinin reallaşdırılması üzrə işlərin başa çatacağını bəyan edib.
“Gələn günlər ərzində biz artıq “Şahdəniz-2” layihəsinin başa çatmasını qeyd edəcəyik”, - İ.Əliyev bu gün Serbiya prezidenti Aleksandr Vuçiç ilə mətbuata birgə bəyanatla çıxışında bildirib.
Öncə P-Azerbaijan şirkəti bəyan edib ki, günlərdə “Şahdəniz” yatağının işlənməsinə dair “Mərhələ-2” layihəsinin reallaşdırılması çərçivəsində layihələndirilmə, tikinti və tiochizat işlərinin 99%-dən çoxu başa çatıb. “Hər iki platformanın yuxarı modullarının quiraşdırılma və istismar sınaqları 90% icra olunub. Bu obyektlər əməliyyat qruplarına verilib və onların işə salınması üzrə iş aparılır. O cümlədən, hasilat platformasından terminala ilk qazın tədarük sisteminin son yoxlaması aparılır. “Mərhələ-2”-dən qazın qəbulu üçün Sanqaçal terminalında yaradılan sistemə artıq ilk qaz daxil olub”, - şirkətdən qeyd ediblər.
O cümlədən, qabaqlayıcı qazma proqramı çərçivəsində 14 qabaqlayıcı quyu qazılıb, bunların 7-də qazma işləri başa çatıb.
Xəbər verildiyi kimi, “Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
“Mərhələ-2”nin dəyəri $28 mlrd. təşkil edir. İllik hasilat 16 mlrd. kubmetr təşkil edəcək. Bunun 10 mlrd. kubmetri Avropa, 6 mlrd. kubmetri isə Türkiyənin qərb regionlarına nəql olunacaq. Azərbaycan qazının Avropaya nəqlinə 2020-ci ildə başlanılacaq.
“Mərhələ-2” layihəsi 2 yeni platformanın tikintisini, 26 sualtı quyunun qazılmasını və 550 metr dərinlikdə 500 kilometrlik sualtı boru kəmərlərinin çəkilməsini, Səngəçal terminalının genişləndirilməsini, Cənubi Qafqaz boru kəməri magistralının ötürmə qabiliyyətinin 16 mlrd. kubmetrə qədər artırılmasını və qazın Avropaya nəqli üçün 4000 kilometrə qədər uzunluqda yeni qaz kəmərlərinin tikintisini nəzərdə tutur.
**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət