Tacikistan Azərbaycanla alüminium sənayesi sahəsində əməkdaşlıqda maraqlıdır. Bunu Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Nematullo Xikmatullozoda deyib.
"Tacikistan Azərbaycana alüminium sənayesi sahəsində əməkdaşlıq təklif edir. Söhbət alüminium məhsullarının həm istehsalı, həm də ixracının təşkilindən gedir. Təklif Azərbaycanda və Tacikistanda istehsalın lokallaşdırılmasını, Azərbaycanda gil-torpağın alınmasını və alüminium məhsullarının ölkəyə tədarükünü nəzərdə tutur", - deyə o, bu gün Azərbaycan-Tacikistan biznes forumunda qeyd edib.
Nazirin sözlərinə görə, Tacikistan tərəfi alüminium məhsullarının beynəlxalq bazara çıxarılması üçün Xəzər limanları daxil olmaqla, Azərbaycanın tranzit imkanlarından da istifadə etməyə hazırdır.
"Bu sahədə əməkdaşlıq indiki səfər çərçivəsində də müzakirə edilir. “Tacik Alüminium Kompaniyası” (TALKO) Dövlət Unitar Müəssisəsi ilə Azərbaycan müəssisələri arasında müəyyən sazişlər imzalanıb”, - deyə N.Xikmatullozoda bildirib.
O deyib ki, Azərbaycan tərəfi ilə neft koksunun tədarükü ilə bağlı razılıq əldə edilib.
N.Xikmatullozoda vurğulayıb ki, hidroenergetika (potensialı 527 milyard KVT/saat həcmində qiymətləndirilir), mədənçıxarma sənayesi (ölkədə 600-dən çox mineral və qeyri-mineral ehtiyatlar yatağı kəşf olunaraq mənimsənilməyə açıqqdır), habelə tikinti və turizm kimi sahələr Tacikistan üçün beynəlxalq əməkdaşlığın genişləndirilməsi nöqteyi-nəzərindən prioritet təşkil edir.
Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev isə qeyd edib ki, Azərbaycan iş adamları Tacikistanda sənaye, aqrar-sənaye kompleksi, informasiya və kommunikasiya texnologiyaları və digər sahələrdə fəaliyyət göstərməkdə maraqlıdırlar.
O, həmçinin deyib ki, Tacikistanla ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas vəzifələrdən biridir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət