Azərbaycanda 2030-cu ilədək Abşeron yarımadasında 1000 MVt-lıq ən azı bir stansiyanın tikilməsi nəzərdə tutulur. Bu barədə Energetika Nazirliyindən məlumat verilir.
“Energetika Nazirliyində “Azərbaycan Respublikasında elektrik enerjisinin istehsalı və istehlakı: retrospektiv baxış, təhlillər, proqnozlar, təkliflər” mövzusunda hazırlanmış hesabatın təqdimatı keçirilib. Məqsəd ölkədə 2030-cu ilədək elektrik enerjisinə tələbatın müəyyənləşdirilməsi və müvafiq tədbirlərin görülməsidir”, - nazirlikdən qeyd olunur.
Hesabat beynəlxalq, eləcə də yerli mütəxəssislərin cəlb olunması ilə hazırlanıb.
Sənədə əsasən, 2030-cu ilədək elektrik stansiyalarında modernləşdirmə tədbirlərinin aparılması, istismar müddəti başa çatmış stansiyaların fəaliyyətinin dayandırılması, yeni generasiya güclərinin yaradılması nəzərdə tutulur.
“Əlavə stansiyaların tikilməsi məqsədilə bu sahəyə maraqlı olan şirkətlərin, özəl sektorun cəlb edilməsi vacibdir. Hesabata Abşeron yarımadası və ya onun ətraf ərazilərində 1000 MVt-lıq 1 və ya 2 stansiyanın tikilməsi, mövcud blokların bərpası və istifadəyə verilməsi, eyni zamanda metropolitendə təhlukəsiz fəaliyyətin təmin edilməsi məqsədilə əlavə ehtiyat mənbələrinin seçilməsi daxil edilib”, - məlumatda vurğulanır.
Təqdimatın yekunlarına dair hesabatın aidiyyəti qurumların nümayəndələri ilə birgə işçi qrupu səviyyəsində yekun olaraq nəzərdən keçirilməsi qərara alınıb. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət