Yerevan Azərbaycanın işğal olunmuş ərazilərində faktaraşdırıcı missiya aparmağa imkan vermir. Bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev deyib.
“Ermənistan işğal olunmuş ərazilərdə təbii sərvətləri məhv edərək və talan edərək orada faktaraşdırıcı missiya aparmağa imkan vermir, çünki bu, onlara sərf etmir”, - deyə o, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə keçirilən “Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyət və üçüncü tərəflərin məsuliyyəti” mövzusunda konfransda bildirib.
H.Hacıyevin sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar və işğal siyasətinin tərkib hissələrindən biri Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz fəaliyyətin həyata keçirilməsidir ki, bu da Ermənistan-Azərbaycan münaqişəsində status-kvonun saxlanılmasına yönəlib.
“Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz fəaliyyəti nəticəsində münaqişənin həllində böyük problemlər yaranır və status-kvonun qorunması üçün hər vasitəyə əl atan Yerevanın məqsədini nümayiş etdirir, - deyə o qeyd edib.
Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Ermənistanı işğal olunmuş torpaqlarda demoqrafik vəziyyətin dəyişdirilməsinə yönəlmiş məqsədyönlü siyasət yürütməkdə ittiham edib.
«Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində regionda demoqrafik vəziyyətin dəyişdirilməsinə yönəlmiş məqsədyönlü məskunlaşma siyasəti həyata keçirir. Bundan başqa, bu ərazilərdə təbii sərvətlər, xüsusilə mineral ehtiyatlar talanır, qanunsuz iqtisadi-maliyyə fəaliyyəti həyata keçirilir, "çirkli pullar" yuyulur», - deyə H.Hacıyev vurğulayıb.
Onun sözlərinə görə, Ermənistan, həmçinin işğal olunmuş ərazilərdə tarixi və mədəni abidələri də məhv edir.
H.Hacıyev ATƏT-in Minsk qrupunun həmsədrlərinin diqqətinin bu məsələyə cəlb edilməsinin vacibliyini qeyd edib.
«Vasitəçilər təkcə atəşkəs rejiminin saxlanılması ilə bağlı çağırışlarla kifayətlənməməlidirlər. Onların işğal altında olan ərazilərdə qanunsuz fəaliyyətin dayandırılması ilə də bağlı çağırış etmələri vacidbdir», - deyə o vurğulayıb.*
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət