Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsinə prudensial nəzarəti gücləndirir.
MBNP noyabr ayının 16-da “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”ı təsdiq edib. Qaydalar 29 dekabr 2018-ci il tarixindən qüvvəyə minəcək.
Qaydalara əsasən iri kredit riskləri - bir borcalana və ya bir-biri ilə əlaqədar borcalanlar qrupuna bankın I dərəcəli kapitalının 10%-dən çox olan məbləğdə təminatsız kreditin və ya I dərəcəli kapitalın 25%-dən çox olan məbləğdə təminatlı kreditin verildiyi risklərdir.
Bir borcalana və ya bir-biri ilə əlaqədar borcalanlar qrupuna bankın I dərəcəli kapitalının 25%-dən çox olan məbləğdə verilən təminatlı və təminatsız məcmu kreditlər də iri kredit riski hesab olunur.
Bankın bir borcalanının avtomobil krediti üzrə kredit riskinin maksimum miqdarı aşağıdakı kimi müəyyən olunur: kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir il və bir ildən az olan avtomobil nəqliyyatı vasitəsinin qiyməti 30 min manatdan artıq olduqda KTN əmsalı 60%-dən çox olmamalıdır; kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir il və bir ildən az olan avtomobil nəqliyyatı vasitəsinin qiyməti 30 min manat və ya ondan az olduqda KTN əmsalı 50%-dən çox olmamalıdır; avtomobil nəqliyyatı vasitəsinin qiymətindən asılı olmayaraq kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir ildən çox olan avtomobil nəqliyyatı vasitələri üzrə KTN əmsalı 20%-dən çox olmamalıdır.
Qaydalar, həmçinin borcalanların bir-biri ilə əlaqədar hesab olunduğu halları və kredit risklərinin miqdarını müəyyən edir.
Bundan başqa, normativlərin pozuntusunun aradan qaldırılması məqsədilə banklar üçün müvəqqəti müddətlər də təyin olunacaq.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət