Torpaqların idarə edilməsində istifadə olunan Peyk Müşahidə Sistemi layihəsi yaxın vaxtlarda istifadəyə veriləcək. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov məlumat verib.
Prezident İlham Əliyev bu gün Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanının açılışında iştirak edib.
Dövlət başçısının saytında verilən məlumata görə, K.Həsənov prezidenti Peyk Müşahidə Sistemi layihəsinin iş prinsipi barədə məlumatlandırıb. Layihənin məqsədi torpaqlara dövlət nəzarətinin həyata keçirilməsində çevikliyin artırılması, qanunsuz tikililərin, torpağın münbit qatının korlanmasının qarşısının alınması, torpaq tədqiqatı, geobotaniki tədqiqat zamanı yeni texnologiyaların, süni intellektin imkanlarından istifadə edilməsidir.
“Sistemin bu ilin əvvəlindən ilkin sınaqlar həyata keçirməklə tam istifadəyə verilməsi nəzərdə tutulur”, - deyə məlumatda bildirilir.
Layihə nəticəsində ölkə ərazisi peyk vasitəsilə 5 gündən bir çəkilir. Peyk vasitəsilə çəkilmiş bütün təsvirlər süni intellektin tətbiq olunduğu Peyk Müşahidə Sisteminə daxil edilir. Süni intellekt vasitəsilə təsvirlərin analizi başlayır və əvvəlki təsvirlərlə sonrakı təsvirlər arasındakı fərqlər, yəni hər çəkilişdən sonrakı dövrdə torpaq səthində baş verən dəyişikliklər və onların koordinatları Sistem vasitəsilə avtomatik olaraq müəyyən edilir.Sistem vasitəsilə torpaq səthində aşkarlanmış dəyişikliklərə yerində baxışın keçirilməsi Komitənin torpaq müfəttişləri tərəfindən təmin edilir, aşkarlanmış qanunsuz tikililərin qarşısı alınır, torpağın münbit qatının korlanmasına və ümumiyyətlə, qeyri-qanuni istifadəsinə yol verilmir.
Sədr qeyd edib ki, komitə ilə yanaşı, Peyk Müşahidə Sisteminin imkanlarından kənd təsərrüfatı təyinatlı torpaqlarda əkilmiş bitkilərin müəyyənləşdirilməsi və monitorinqi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi, fövqəladə hadisələr zamanı meşə yanğınlarının müəyyən edilməsi və təbiətə dəyən zərərin monitorinqi, su daşqınları zamanı dəyişikliklərin və çaylarda suların artma-azalma intensivliyinin müəyyən edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi, meşə fonduna daxil olan ərazilərdə dəyişikliklərin müəyyən edilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eyni zamanda, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən istifadə olunacaq.*
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət