Kənd təsərrüfatının inkişafı və sənayeləşmə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair IV Dövlət Proqramının prioritetləri olacaq. Bunu prezident İlham Əliyev deyib.
«Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair yeni, IV Dövlət Proqramı yerlərdən daxil olmuş təklif və təşəbbüslər əsasında hazırlanıb. Proqramda kənd təsərrüfatının inkişafına və sənayeləşməyə xüsusi yer ayrılıb», - deyə prezident bu gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, yeni Dövlət Proqramında neft-qaz və qeyri-neft sektorunun, eləcə də heyvandarlığın inkişafı ilə bağlı tədbirlər nəzərdə tutulur.
Dövlət başçısı, həmçinin sahibkarlığın inkişafına dəstəyin artırılmasının vacibliyini vurğulayıb. O, yeni xalça fabriklərinin, meyvə-tərəvəz müəssisələrinin, iri fermer təsərrüfatlarının yaradılmasının zəruriliyini diqqətə çatdırıb.
Konfransda İ.Əliyev ənənəvi ASK sahələrinin, turizmin inkişafı və respublikada ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə tədbirlərlə bağlı sərəncam verib.
İ.Əliyev vurğulayıb ki, Azərbaycanda infrastruktur layihələrinin reallaşdırılmasını, yeni elektrik stansiyalarının və avtomobil yollarının tikintisini, qazlaşdırmanı, əhalinin içməli su ilə təmin olunmasını davam etdirmək, meliorasiya tədbirləri görmək lazımdır.
Dövlət başçısının sözlərinə görə, sosial infrastruktur layihələrinin həyata keçirilməsi, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı məsələləri diqqət mərkəzində olmalıdır.
O, həmçinin yerli icra orqanlarını əhalinin problemlərinin həllinə diqqətlə yanaşmağa çağırıb. "Bizim əsas vəzifəmiz – xalqa xidmət etməkdir", - deyə İ.Əliyev vurğulayıb.
Prezident əlavə edib ki, son 15 il ərzində ölkədə 3,2 mindən çox məktəb tikilib və təmir edilib, 640 yeni tibb müəssisəsi, 44 olimpiya mərkəzi yaradılıb, 31 elektrik stansiyası inşa edilib. Ölkədə qazlaşdırmanın səviyyəsi 95%-ə, əhalinin içməli su ilə təchizat səviyyəsi isə 70%-ə çatıb. 15 il ərzində Azərbaycanda 15 min kilometr avtomobil yolu çəkilib.
"Biz bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirmişik. Dünyada mövcud olan risklərə, gərginliyə və təhdidlərə baxmayaraq, Azərbaycan öz strategiyasını həyata keçirməyə inamla davam edir", - deyə İ.Əliyev bildirib.
Prezident qeyd edib ki, Azərbaycan Avrasiyanın strateji nəqliyyat mərkəzinə və "Şimal-Cənub" və "Qərb-Şərq" nəqliyyat dəhlizlərinin fəal iştirakçısına çevrilib.*
R.Babayev
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət