“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov İrana səfər edəcək. Bu barədə İranın Bakıdakı səfiri Cavad Cahangirzadə məlumat verib.
“Azərbaycan tərəfinə rəsmi dəvət artıq təqdim olunub. Düşünürəm ki, yazın zamanda C.Qurbanovun İrana səfəri baş tutacaq”, - C.Cahangirzadə bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, səfər çərçivəsində dəmir yolları sahəsində əməkdaşlıq, həmçinin Şimal-Cənub layihəsi çərçivəsində Reşt-Astara dəmir yolunun tikintisi məsələləri müzakirə olunacaq.
Səfir Reşt-Astara dəmir yolunun tikintisi üçün Azəerbaycanın İrana $500 mln. məbləğində kreditin ayrılması məsələsinin müzakirəsini istisna etməyib. “Astara stansiyasında (İran) işlərin 1/3 hissəsi artıq yekunlaşıb. İşlər başa çatdıqdan sonra Reşt-Astara dəmir yolunun tikintisinə start verəcəyik”, - diplomat əlavə edib.
Öncə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib ki, uzunluğu 180 km təşkil edən Reşt-Astara dəmir yolunun tikintisi 3 il davam edəcək.
Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin hissəsi olan Reşt-Astara dəmir yolunun tikintisi üçün İrana $500 mln. məbləğində kredit ayırmağı planlaşdırır. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət