Vergilər Nazirliyi 2018-ci ildə 87,6 mindən artıq vergi ödəyicisini qeydiyyata alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilir.
“2018-ci ildə nazilrik tərəfindən 87,63 min vergi ödəyicisi qeydiyyata alınıb, bu da 2017-ci ilin göstəricisindən 41,2% azdır. Xüsusilə, ötən il ərzində 12,369 min hüquqi şəxs, fərdi sahibkarlıqla məşğul olan 75,261 min fiziki şəxs qeydiyyata alınıb. Bütövlükdə, 31 dekabr 2018-ci il tarixinə ölkədə 970,3 min vergi ödəyicisi qeydiyyata alınıb”, - nazirlikdən vurğulanıb.
2018-ci ildə uçota alınan vergi ödəyicilərinin yarısından çoxu (50,4%) regionlarda qeydiyyatdan keçib. Qeydiyyata alınan vergi ödəyicilərinin 49,6%-i Bakının payına düşüb.
Nazirliyin məlumatına görə, 2018-ci ildə 86,201 min vergi ödəyicisi fəaliyyətini bərpa edib (2017-ci illə müqayisədə artım 31,4% - İF), 118,69 min sahibkar öz fəaliyyətini dayandırıb (azalma 33,2%). Təqvim ili ərzində 31,148 min vergi ödəyicinin fəaliyyəti ləğv olunub, bu da 2017-ci ilin göstəricisindən 8,9% azdır.
Bundan başqa, 2018-ci ildə 4,63 min ƏDV ödəyicisi qeydiyyatdan keçib, bu da 2017-ci ilin göstəricisindən 25,7% çoxdur.
Azərbaycan 2008-ci il yanvarın 1-dən sahibkarların “bir pəncərə” prinsipi üzrə qeydiyyatı sisteminə keçib. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət