Buxarest gələcəkdə Cənub Qaz Dəhlizinin (CQD) bir hissəsi olmaq niyyətindədir. Bunu Rumıniyanın Energetika Nazirliyinin dövlət katibi Lulian Robert Tudorake deyib.
Azərbaycan Energetika Nazirliyindən verilən məlumata görə, energetika naziri Pərviz Şahbazov və R.Tudorake bu gün Bakıda CQD layihəsini və onun Avropa üçün rolunu müzakirə ediblər.
Dövlət katibi ölkəsinin CQD layihəsinə dəstəyini diqqətə çatdırıb. O, Cənub Qaz Dəhlizinin gələcəkdə Mərkəzi Avropaya qədər genişləndirilməsində Bolqarıstan-Rumıniya interkonnektoru və BRUA layihəsinin mühüm rol oynayacağını bildirib. “Rumıniya bu layihələrlə gələcəkdə Cənub Qaz Dəhlizinin bir hissəsi olmaqda maraqlıdır”, - deyə o bildirib.
Öz növbəsində, P.Şahbazov Rumıniyanın bu mövqeyini yüksək qiymətləndirib, Cənub Qaz Dəhlizinin gələcəkdə ötürücülük qabiliyyətinin artırılması hesabına genişlənmək perspektivlərindən danışıb.
“Tərəflər, həmçinin Bakı və Buxarest arasında enerji sahəsində əməkdaşlıq məsələlərini və Rumıniya enerji şirkətlərinin SOCAR-la əməkdaşlıq imkanlarını müzakirə ediblər”, - deyə məlumatda qeyd olunur.
“Cənub Qaz Dəhlizi” layihəsi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində hasil edilən Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutur.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
Layihənin ümumi dəyəri təxminən $40 mlrd.-dır.
10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqli 2020-ci ildə gözlənilir. Bundan başqa, 6 mlrd. kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz 2018-ci ilin yayından ixrac edilir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət