Azərbaycanda minik avtomobilləri üçün ehtiyat hissələrinin və avtobusların istehsalının təşkilini nəzərdə tutan 2 Azərbaycan-İran birgə layihəsinin həyata keçirilməsi planlaşdırılır.
Bu gün Bakıda “Azərmaş” ASC və İranın «Etihad» şirkəti arasında avtomobil ehtiyat hissələrinin istehsalı zavodunun tikintisi haqqında Anlaşma Memorandumu imzalanıb.
“Zavod Neftçala Sənaye Məhəlləsi ərazisində yaradılacaq. Layihəyə 7 mln. manat ($4,11 mln.) sərmayə qoyulacaq. Layihədə “Azərmaş”ın payı 50%-dir”, - deyə “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov jurnalistlərə bildirib.
O qeyd edib ki, 70 nəfər zavodda daimi işlə təmin olunacaq.
Bundan başqa, “Azərmaş” ASC «Qartal» şirkəti ilə Azərbaycanda avtobus istehsalı zavodunun tikintisi haqqında Anlaşma Memorandumu imzalayıb.
Bu zavod Hacıqabul Sənaye Məhəlləsində tikiləcək və 2020-ci ilin sonunadək istismara verilməsi gözlənilir. “I mərhələdə ildə 500 ədəd avtobusun istehsal edilməsi planlaşdırılır. Layihəyə 11 mln. manat ($6,47 mln.) sərmayə qoyulacaq, Layihədə “Azərmaş”ın payı 25%-dir”, - deyə o vurğulayıb.
Sədrin sözlərinə görə, zavodda istehsal olunacaq avtobuslar da qonşu ölkələrə ixrac ediləcək.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət