Azərbaycan apreldə OPEC+ çərçivəsində sazişin icrası üzrə göstəriciləri yaxşılaşdırmağa ümid edir. Bunu Energetika naziri Pərviz Şahbazov deyib.
“Məlum olduğu kimi, 2018-ci ilin dekabr ayında biz OPEC+ sazişi çərçivəsində üzərimizə yeni öhdəliklər götürdük. Lakin, hələlik onlar tam icra olunmayıb. Biz bu saziş çərçivəsində öhdəliklərimizin həyata keçirilməsi çərçivəsində fəal çalışırıq və gələn il göstəricilərimizi yaxşılaşdırmağa ümid edirik”, - P.Şahbazov bu gün Bakıda mətbuat konfransında “İnterfaks-Azərbaycan” agentliyinin sualına cavabında bildirib.
Həmçinin, nazir vurğulayıb ki, OPEC+ ilə əməkdaşlıq çərçivəsində 2,5 il ərzində Azərbaycan qəbul olunan qərarlar çərçivəsində öz öhdəliklərini tam yerinə yetirib.
“Biz bu əməkdaşlığı davam etdirmək, gələcəkdə OPEC+ formatını dəstəkləmək və onun fəal iştirakçısı olmaq niyyətindəyik. Biz görürük ki, nəinki Azərbaycanın, həm də kartelə və OPEC+-a daxil olan ölkələrin fəal iştirakı bazarda balansın təminatı məqsədilə yaxşı nəticə verir”, - nazir bildirib.
Xəbər verildiyi kimi, dekabrın 7-də qəbul olunan OPEC+ üzrə yeni sazişə əsasən, OPEC üzvləri neft hasilatını sutkada 800 min barrel, kartelə daxil olmayan ölkələr isə 400 min barrel azaldacaqlar.OPEC ölkələri neft hasilatının 2,5%, qeyri-OPEC ölkələri – 2% azalmağa dair öhdəlik götürüb. Saziş 2019-cu ilin aprel ayında mümkün nəzərdən keçirilməsi şərti ilə yarım il müddətinə uzadılıb.
Azərbaycan OPEC+ ilə razılıq çərçivəsində gündəlik neft hasilatını 2018-ci ilin sentyabr ayının göstəricisi ilə müqayisədə 2,5 % və ya 20 min barrel - 776 min barrelədək azaltmaq öhdəliyi götürüb Lakin, yanvarda Azərbaycanda gündəlik neft hasilatı 793 min barel, fevral ayında - 806 min barrel təşkil edib.
Öncə Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri, energetika nazirinin müşaviri Zəminə Əliyevaya istinadən məlumat verilib ki, Azərbaycan OPEC+ sazişi çərçivəsində gündəlik neft hasilatının 20 min barrel – 776 min barrelədək azaldılması prosesinə başlayıb. “Lakin məlum olduğu kimi, bu, texnoloji prosesdir və müəyyən səviyyəyə tədricən nail olunur. OPEC və qeyri-OPEC sazişi 6 ay ərzində qüvvədədir. Buna görə görülən tədbirlər artıq növbəti aylardan başlayaraq hasilatı tələb olunan göstəriciyə qədər azaltmağa imkan verəcək», - Z.Əliyeva qeyd edib. **
N.Abbasova, Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət