VİSA Azərbaycanda nağdsız hesablaşmaların inkişafı çərçivəsində ölkə ilə əməkdaşlığı davam etdirə bilər. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) saytında məlıumat verilir.
“Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev bu gün VİSA beynəlxalq kart təşkilatının Şərqi Avropa, Mərkəzi Asiya və Cənub-Şərqi Avropa ərazisi üzrə 17 ölkədə Visa əməliyyatlarına rəhbərlik edən Vira Platonovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Tərəflər nəqliyyat sektorunda, təhsil müəssisələrində müasir nağdsız ödəniş imkanlarının yaradılması və əhalinin maliyyə savadlılığının artırılması kimi sahələrdə birgə əməkdaşlıq barədə razılığa gəliblər”, - deyə məlumatda bildirilir.
Eyni zamanda, cari ildə VİSA beynəlxalq kart təşkilatı tərəfindən regionlarda stimullaşdırıcı kampaniyaların keçirilmə imkanları da müzakirə edilib.
Prezident İlham Əliyev 2018-ci il sentyabrın 26-da “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nı təsdiq edib.
Proqramın əsas məqsədi vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin xeyli genişlənməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi və nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsidir. Bu məqsədlə ölkədə rəqəmsal ödəniş xidmətlərinin institusional və hüquqi bazasının gücləndirilməsi, infrastruktur imkanlarının artırılması yolu ilə həmin xidmətlərin çeşidinin, keyfiyyətinin və tətbiq dairəsinin genişləndirilməsi, habelə onlardan istifadənin kütləviləşdirilməsi başlıca strateji prioritetlərdir.
Proqramda qeyd olunur ki, 2018-2020-ci illərdə aşağıda qeyd olunan istiqamətlərdə həyata keçiriləcək tədbirlər nəticəsində nağdsız ödənişlərin illik həcmi artacaq: biznes-mühitin yaxşılaşdırılması ilə bağlı tədbirlər - 1,35 mlrd. manat, vergi sisteminin effektivliyinin artırılması ilə bağlı tədbirlər - 3 mlrd. manat; qeyri-formal məşğulluğun azaldılması - 0,75 mlrd. manat; bank sisteminin sağlamlaşdırılması ilə bağlı tədbirlər - 3,34 mlrd. manat; aktiv pul bazarının formalaşdırılması - 3 mlrd. manat; ödəniş xidmətləri üzrə hüquqi bazanın təkmilləşdirilməsi - 0,6 mlrd. manat; yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi - 0,75 mlrd. manat; bank sisteminin rəqəmsallaşdırılması - 0,55 mlrd. manat; əhalinin maliyyə savadlılığının artırılması - 0,35 mlrd. manat.
Rəqəmsal ödənişlərin tətbiqinin və istifadəsinin genişləndirilməsi iqtisadi dövriyyələri şəffaflaşdırmaqla, nağd pulla bağlı xərclərin, bank və müəssisələrin əməliyyat xərclərinin azalmasına gətirib çıxaracaq ki, bu da öz növbəsində, vergi bazasının, habelə əhali və müəssisələrin maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsinə, bank sektorunun kreditləşmə və investisiya imkanlarının gücləndirilməsinə və son nəticədə iqtisadi artıma təkan verəcək.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət