Azərbaycan prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi (CQD) layihəsinin uğurla reallaşdırılacağına əmindir.
“Bu iri layihənin uğurla reallaşdırılmasına nail olacağımıza əminəm. Çünki həm beynəlxalq əməkdaşlıq, həm də maliyyə resursları baxımındam layihənin reallaşdırılması üçün problemlər yoxdur”, - Əliyev çərşənbə günü 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgi və konfransında çıxışı zamanı bildirib.
O qeyd edib ki, bu onunla şərtlənir ki, Azərbaycanmla yanaşı dünyanın aparıcı maliyyə strukturları CQD layihəsinin reallaşdırlmasına kreditlər ayırıb: Dünya Bankı, AYİB, Asiya İnkişaf Bankı, Avropa İnkişaf Bankı və s.
Əliyev bildirib ki, bu gün enerji təhlükəsizliyi məsələləri böyük önəm kəsb edir. “Bizim həyata keçirdiyimiz layihələr həm ölkəmizin, həm də bir sıra digər dövlətlərin enerji təhülkəsizliyini təmin edir. Azərbaycan nefti və qazı müxtəlif yollarla dünya bazarlarına ixrac olunur. Enerji təhlükəsizliyi və enerji resursların şaxələndirilməsi məsələlərində Azərbaycanın rolu yüksək dəyərləndirilir. Biz bu məsələlər üzrə uğurlu və davamlı siyasət yürüdürük”, - prezident vurğulayıb.
Prezident Əliyev əsası 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi üzrə “Əsrin müqaqviləsi”, daha sonra “Şahdəniz” qaz yatağının işlənməsi ilə qoyulan dünyanın aparıcı neft-qaz şirkətləri ilə Azərbaycanın beynləxalq əməkdaşlığına toxunub. Dövlət başçısının sözlərinə görə, bu müqavilələr hökumətə ölkədə vəziyyəti sabitləşdiməyə və inkişaf yoluna çıxmağa imkan yaradıb.
“İxrac neft və qaz boru kəmərlərinin inşası və 2006-2007-ci illərdə istifadəyə veriləndən sonra Azərbaycan yeni səviyyəyə qədəm basıb. Hesab edirəm ki, yaxın illərdə yeni yataqlardan enerji ehtiyatları hasil edəcəyik”, - Əliyev bəyan edib.
Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan qeyri-neft sektorunun inkişafı üzrə iş həyata keçirir. “Lakin bundan sonra da neft-qaz sektoru Azərbaycan iqtisadiyyatında mühüm yer tutacaq. Neft-qaz sektoru bizim üçün prioritet sahə olaraq qalacaq”, - o vurğulayıb. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət