Gömrük sahəsində şəffaf statistikanın təmin edilməsi kölgə iqtisadiyyatına qarşı mübarizədə effektiv vasitədir. Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev belə hesab edir.
"Bu məqsədlə Azərbaycanda gömrük strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi, müasir idarəetmə üsullarının tətbiqi ilə bağlı layihələr həyata keçirilir, beynəlxalq əməkdaşlıq fəal şəkildə inkişaf etdirilir və dünya təcrübəsindən istifadə olunur", - deyə S.Mehdiyev bu gün Bakıda keçirilən 18-ci İnformasiya Texnologiyaları Konfransı və Sərgisində bildirib.
Onun sözlərinə görə, beynəlxalq təcrübədən istifadə olunması həm də gömrük strukturlarının fəaliyyəti üçün yeni risklər yaradan müasir texnologiyaların sürətli inkişafı nəzərə alınmaqla vacibdir.
"Azərbaycan İKT-nin inkişafına və tətbiqinə xüsusi önəm verir. Buna görə də gömrük prosedurlarının effektivliyinin təmin edilməsi həmişə diqqət mərkəzində saxlanılmalıdır", - deyə sədr qeyd edib.
O deyib ki, Azərbaycanın gömrük sahəsində rəqəmsal texnologiyalar fəal istifadə olunur.
"Azərbaycanda həyata keçirilən islahatlar çərçivəsində reallaşdırılan layihələr artıq bu gün tam avtomatlaşdırılmış gömrük prosedurlarının əhəmiyyətli dərəcədə sadələşdirilməsinə gətirib çıxarıb. Rəqəmsal sənəd rəsmiləşdirməsi, statistikanın düzgün aparılması tam təmin edilib ki, bu da kölgə iqtisadiyyatına qarşı mübarizədə uğurun təminatçısıdır", - deyə S.Mehdiyev vurğulayıb.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət