Azərbaycanın «MA Audit LLC» audit şirkəti və onun törəmə strukturu - «MA Consulting LLC” konsaltinq şirkəti Böyük Britaniyada yerləşən “UHY” beynəlxalq auditor və konsaltinq şirkətinin tərkibinə daxil olub. Bu barədə Britaniya şirkətindən məlumat verilir.
“MA Audit MMC-nin “UHY” şirkətinin tərkibinə daxil olması bizim Avrasioya regionunda iştirakımızı genişləndirir, regional təcrübəni daha da zənginləşdirir və ölkə və bölgədə beynəlxalq müştərilərə xidmət imkanlarımızı artırır”, - məlumatda “UHY”-nin direktoru Rik Devidin sözlərindən sitat gətirilir.
O əlavə edib ki, hər iki şirkət hələlik brenmdinqin qəbulu prosesindədir və gələcəkdə “UHY Audit LLC” və “UHY LLC”-yə çevriləcək.
“Şirkətin nüfuzlu brendi ilə uyğun “UHY” şəbəkəsi ilə əməkdaşlıq bizə Azərbaycanda və bütün regionda rəqabət üstünlüyü verəcək. “UHY”-nin bütün dünya üzrə 8,2 min əməkdaşının təcrübə və bilikləri ilə bərabər şəbəkənin qlobal iştirakı nəinki bizim öz imkanlarımızı, həmçinin müştərilərimizin imlanları və onların fəaliyyətini həm yerli, həm də beynəlxalq səviyyədə möhkəmləndirir. Biz “UHY” şəbəkəsində fəaliyyət göstərən digər firmalarla uğurlu əməkdaşlıq sayəsində biznesimizin genişlənməsini səbirsizliklə gözləyirik”, - məlumatda “UHY”-nin Azərbaycanda idarəedici partnyoru Teymur Nağıyevin sözlərindən sitat gətirilir.
1986-cı ildə Londonda təsis edilən “UHY” 99 ölkədə 300-dən çox iri biznes mərkəzində müstəqil mühasibat və konsaltinq firmaların ofisləri ilə aparıcı şəbəkədir. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət