Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən 328 fermerə 11,35 mln. manat güzəştli kredit ayrılıb. Bu barədə agentliyin məlumatında deyilir.
“328 fermerə 11,35 mln. manat güzəştli nağd pul krediti ayrılıb, 391 nəfərə isə ümumi dəyəri 70,7 mln. manat olan 1,432 min ədəd kənd təsərrüfatı texnikası satılıb”, - deyə məlumatda bildirilir.
Texnika alan fermerlərin əvəzindən AKİA tərəfindən təchizatçılara 27,1 mln. manat vəsait subsidiya kimi köçürülüb, texnika alışı üçün 236 fermerə 12,67 mln. manat məbləğində güzəştli kredit ayrılıb.
Prezident İlham Əliyev 2018-ci ilin dekabr ayında “Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nı təsdiq edib.
Agentliyin vəsaitindən istifadə istiqamətləri bunlardır: kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanması və satışı proseslərinin təkmilləşdirilməsi ilə bağlı layihələrin maliyyələşdirilməsi; regionların aqrar inkişafı ilə bağlı innovativ layihələrin maliyyələşdirilməsi; kənd təsərrüfatı istehsal vasitələrinin təchizatının yaxşılaşdırılması ilə bağlı layihələrin, həmçinin onların güzəştli satışının və lizinqinin maliyyələşdirilməsi; heyvandarlıq təsərrüfatlarının dövlət-özəl tərəfdaşlığı tətbiq edilməklə inkişafı sahəsində layihələrin maliyyələşdirilməsi; Kənd Təsərrüfatı Nazirliyinin pilot layihələrinin maliyyələşdirilməsi.
Vəsaitdən istifadə şərtləri müvəkkil kredit təşkilatları ilə agentlik arasında bağlanan müqaviləyə əsasən tənzimlənir. Hər bir müvəkkil kredit təşkilatı üçün müəyyən edilən kredit xəttinin maksimum həcmi 5 mln. manatdır. Müvəkkil bankların agentlikdən cəlb etdikləri vəsaitin ümumi məbləğinin qalığı onların məcmu kapitalının, bank olmayan kredit təşkilatlarının isə nizamnamə kapitalının 100 faizinədək ola bilər.
Sahibkarlıq subyektlərinə agentliyin vəsaiti hesabına aşağıdakı hədlərdə güzəştli kreditlər verilə bilər: 5 000 manatadək - mikrokreditlər; 5 001 manatdan 30 000 manatadək – kiçik həcmli kreditlər; 30 001 manatdan 100 000 manatadək – orta həcmli kreditlər; 100 001 manatdan 200 000 manatadək – iri həcmli kreditlər; 1 000 000 manatadək - kənd təsərrüfatı istehsal vasitələrinin alınması üçün kreditlər.
Güzəştli kreditlərin müddətləri aşağıdakı kimi müəyyən edilir: mikrokreditlər üçün - 2 ilədək; kiçik və orta həcmli kreditlər üçün - 3 ilədək; iri həcmli kreditlər üçün - 5 ilədək.
Kreditlər üzrə güzəşt müddəti aşağıdakı kimi müəyyən edilir: mikrokreditlər üçün - 12 ayadək;
kiçik və orta həcmli kreditlər üçün - 18 ayadək; iri həcmli kreditlər üçün - 24 ayadək.
Agentlik vəsaiti müvəkkil kredit təşkilatlarına illik 2 faiz tətbiq etməklə verir. Müvəkkil kredit təşkilatlarının agentliyin kredit vəsaitinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi 7 faizdən artıq olmamalıdır.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət