Azərbaycanda əhalinin qorunan əmanətlər üzrə yuxarı həddin azaldılması müsbət qərardır. “VTB Bank (Azerbaijan)” ASC-nin İdarə Heyətinin sədri Yevgeni Kirin belə hesab edir.
Eyni zamanda, onun sözlərinə görə, əmanətlərin köhnə sığortalanması sisteminə qayıdış (2016-cı ilin mart ayınadək tətbiq olunub - İF) və ya onun gələcəkdə modernləşdirilməsi zərurətdir.
“Ötən dəfə söhbət zamanı fiziki şəxslərin qorunan əmanətləri üzrə faiz dərəcələrinin azaldılması zərurətini qeyd etdim. Bu vaş verdi və Əmanətlərin Sıgortalanması Fondu tərəfindən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin manatda 10%, xarici valyutada isə 2,5% müəyyən edilib. Hesab edirəm ki, proses davam etdirilməlidir, idealda isə köhnə sığortalanma sisteminə qayıtmaq lazımdır. Banklar artıq böhranın öhdəsindən gəlib, buna görə böhrana qarşı tədbirlərə ehtiyac qalmır”, - Kirin jurnalistlərlə söhbət zamanı bildirib.
O cümlədən, Kirin banklar tərəfindən SİF-ə differensiasiya edilmiş haqlar modelinə müsbət yanaşır, bu faiz dərəcələri üzrə yuxarı həddən imtina etməyə imkan yarada bilər. Hələ 2017-ci ildə bu modelin tətbiqi imkanı nəzərdən keçirilirdi, lakin bir sıra səbəblərdən bu baş vermədi.
“Əgər bank müxtəlif səbəblərdən depozitlər üzrə dərəcələri qaldırmağa başlarsa, o zaman buna görə cavab verməlidir. Eyni zamanda, səbəblər müxtəlif ola bilər. Ola bilsin, bank bazarı fəal kreditləşdirməyi planlaşdırır, bəldə də boşluqları bağlamaq üçün pul vəsaiti yığır. Məhz buna görə burada differensiasiyaya ehtiyac var. Əgər biz depozitlər üzrə faizin bazarda orta göstərici ilə müqayisədə artdığı görürüksə, o zaman iri həcmdə ayırmalar ödəməlidir”, - Kirin qeyd edib.
Onun sözlərinə görə, bu, “kommersiya tərkibini aradan qaldırmaq və eyni dildə danışmağa” imkan verəcək.
“Bu çıxış yolu bankların inkişaf strategiyası və cari vəziyyətini əks etdirərdi”, - Kirin hesab edir.
Hazırda Fonda banklar tərəfindən ödənilən təqvim haqları illik bankda qorunan əmanətlərin ümumi məbləğinin 0,5%-ni təşkil edir. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət