“Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) Bakı-Nyu-York marşrutu ilə uçuşları daha bir il ərzində davam etdirməyi qərara alıb. Bu barədə “İnterfaks-Azərbaycan”a AZAL-dan məlumat verilib.
“Donanmanın texniki imkanlarının optimallaşdırılmasını və sərnişinlərin çoxsaylı istəklərini nəzərə alaraq, aviaşirkət Bakı-Nyu-York uçuşlarını daha bir il müddətinə dayandırmamağı qərara alıb”, - AZAL-dan qeyd ediblər.
Beləliklə, Bakı-Nyu-York reysləri 2019/2020-ci ilin qış cədvəli və 2020-ci ilin yay cədvəli çərçivəsində həftədə iki dəfə - bazar ertəsi və şənbə günləri yerinə yetiriləcək.
Xəbər verildiyi kimi, iyunun əvvəlində “Azərbaycan Hava Yolları” (AZAL) QSC 2019-cu ilin oktyabr ayından Bakı-Nyu-York istiqamətində birbaşa uçuşları dayandırır. AZAL 10 ədəd “Boeing 737 MAX-8” təyyarələrini almaqdan imtina etməsi nəzərə alınmaqla sərəncamında olan hava donanmasının hesabına daha prioritet istiqamətlər üzərində dayanmağı planlaşdırır.
Hazırda AZAL-ın donanması 25-26 ədəd təyyarədən ibarətdir.
"Azərbaycan Hava Yolları" 24 sentyabr 2014-cü il tarixindən Bakı-Nyu-York marşrutu ilə müntəzəm reyslərin yerinə yetirilməsinə başlayıb. Uçuşlar “Airbus-A 340” laynerlərində yerinə yetirilib.
2017-ci ilin aprel ayında Azərbaycanın "Silk Way Airlines" aviaşirkəti və Amerikanın "Boeing" Korporasiyası 10 ədəd “Boeing 737 MAX-8” sərnişin təyyarəsinin alınmasına dair müqavilə imzalayıb. "Azərbaycan Hava Yolları" sözügedən təyyarələrin operatoru olmalı idi. Müqavilənin ümumi dəyəri təxminən $1 mlrd. təşkil edib. Müqavilə çərçivəsində təyyarələr Azərbaycana 3 il ərzində gətirilməli idi.
Müqavilə sözügedən təyyarələrin təhlükəsizliyi ilə bağlı səbəblərdən ləğv olunub.
Qeyd edək ki, son zamanlar “Boeing 737 MAX-8” təyyarələrinin qəzaya uğraması nəticəsində bir sıra aviaşirkətlər bu təyyarələrdən istifadəni müvəqqəti dayandırıb.
Hazırda AZAL “Boeing 787”, “Boeing 767”, “Boeing 757”, eləcə də “Airbus 340”, “Airbus 320”, “Airbus 319” və “Embraer 190” təyyarələrini istismar edir.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət