Vergilər Nazirliyi Vergi Məcəlləsinə dəyişikliklərin edilməsinə dair bir sıra təkliflər hazırlayıb. Bunu vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
“Biz Vergi Məcəlləsinə dəyişikliklərin edilməsinə dair bir sıra təkliflər hazırlamışıq. Belə təkliflərə, adətən, növbəti ilin dövlət büdcəsi paketinin müzakirəsi zamanı baxılır”, - deyə o, bu gün jurnalistlərə bildirib.
Nazir müavini qeyd edib ki, ölkədə yürüdülən mövcud iqtisadi siyasət vergi yükünün azaldılmasını şərtləndirir.
“Biz xüsusilə torpaq mülkiyyətçilərindən tutulan məcburi sosial sığorta haqqının dərəcəsinin azaldılmasını təklif edirik. Hazırda torpaq mülkiyyətçilərindən minimum əmək haqqının 6%-i civarında məcburi sosial sığorta haqqı tutulur (minimum əməkhaqqı məbləğinin artırılaraq 250 manata çatdırılmasından sonra 2019-cu il sentyabrın 1-dən 15 manat - İF). Biz bu məbləğin ciddi surətdə azaldılmasını təklif edirik”, - deyə S.Ələkbərov vurğulayıb.
Onun sözlərinə görə, Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı digər təkliflər də hazırlanıb.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət