Azərbaycan İsveçrə iqtisadiyyatına $2,7 mlrd. investisiya qoyub. Bunu Milli Məclisin sədri Oqtay Əsədov deyib.
“Azərbaycan İsveçrəyə təxminən $2,7 mlrd. yatırım edib. İsveçrə şirkətləri isə Azərbaycana $860 mln. həcmində investisiya qoyub. Ümumilikdə Azərbaycan iqtisadiyyatına $268 mlrd. həcmində investisiya qoyulub ki, bunun da $148 mlrd.-ı xarici sərmayədir”, – deyə O.Əsədov bu gün İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Jan-Rene Furniye ilə görüşdə bildirib.
Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən birinin də İsveçrə olduğunu xatırladan Milli Məclisin sədri deyib ki, 1992-ci ildə ölkələrimiz arasında diplomatik əlaqələr qurulub.
Onun sözlərinə görə, Azərbaycan ilə İsveçrə arasında əlaqələr uzun illərə söykənən qarşılıqlı inam əsasında qurulub. İsveçrə Azərbaycan ilə münasibətlərə böyük önəm verir.
O.Əsədov qeyd edib ki, 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi $680 mln. məbləğində olmuşdusa, bu ilin 8 ayının yekunları üzrə bu rəqəm $1,3 mlrd.-a çatıb.
Jan-Rene Furniye İsveçrənin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmasını heç də təsadüfi hal kimi dəyərləndirmədiyini qeyd edib. Belə ki, hər iki ölkə strateji baxımdan oxşar mövqelərə malikdir, böyük qonşularla əhatə olunub.
İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Azərbaycan ilə əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib.*
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət