Azərbaycan Beynəlxalq Bankının (ABB) səhmdarları bu gün keçirilən ümumi yığıncaqda 2018-ci ilin yekunları üzrə dividendin ödənilməsinə 150 mln. manat məbləğində vəsaitin yönəldilməsi ilə bağlı qərar qəbul ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
"Ümumi yığıncaqda bankın 2018-ci il üçün auditi aparılmış maliyyə hesabatı təsdiq edilib. Ötən ilin maliyyə nəticələrinə əsasən səhmdarlara dividendin ödənilməsinə qərar verilib. Səhmdarlara hər səhm üzrə 0,0326 manat olmaqla 150 mln. manat dividend ödəniləcək”, - deyə məlumatda bildirilir.
Bundan başqa, yığıncaqda 2019-cu ilin III rübünün yekunları təsdiq edilib.
ABB səhmdarları, həmçinin törəmə investisiya şirkətinin yaradılmasına dair qərar qəbul ediblər.
Sonuncu dəfə səhmdarlara dividend bankın 2012-ci ildəki fəaliyyətinin yekunları üzrə 2013-cü ildə ödənilib.
ABB 1992-ci ildə yaradılıb. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 91,4%-dir. Ümumilikdə dövlət bankın kapitalında 95,27% pay sahibidir. ABB-nin nizamnamə kapitalı 1 mlrd. 241,287 mln. manatdır. 30 iyun 2019-cu il tarixinə bankın səhmdarlarının sayı 1,743 mindir (1,729 min fiziki və 14 hüquqi şəxs).*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət