«Azerbaijan Fish Farm» MMC “D.Yusifov adına Qəbələ Qızıl Balıqartırma Zavodu” ASC-nin inkişafına 1,1 mln. manat (cari məzənnə ilə $647,058 min) yatıracaq. Bu barədə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin (ƏMDK) məlumatında deyilir.
“Müsabiqədə iştirak etmək üçün iddiaçılar tərəfindən investisiya təklifləri təqdim olunub. Təkliflərə baxıldıqdan sonra komissiya üzvləri arasında açıq səsvermə yolu ilə “Azerbaijan Fish Farm” MMC “D.Yusifov adına Qəbələ Qızıl Balıqartırma Zavodu” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib. Ümumi həcmi 1,1 mln. manat təşkil edən İnvestisiya Proqramının icrasını şirkət öz üzərinə götürüb”, - deyə məlumatda bildirilir.
İnvestisiya Proqramına əsasən qalib şirkət səhmdar cəmiyyətində hovuz və nohurların yenidənqurulması, əlavə nohurların inşası, su təchizatı sisteminin bərpası, yeni avadanlıqların alınmasını reallaşdıracaq.
Səhmdar cəmiyyətinə investisiyaların iki il ərzində yatırılması, görüləcək işlər nəticəsində 36 iş yerinin yaradılması planlaşdırılır.
Məlumata görə, müsabiqə qalibi alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq dövlət büdcəsinə 1,2 mln. manat məbləğində vəsait köçürəcək.
“D.Yusifov adına Qəbələ Qızıl Balıqartırma Zavodu” 1956-cı ildə yaradılıb və Qəbələ rayonunun Çuxur Qəbələ kəndində yerləşir. Hazırda zavodda 25 nəfər işçi çalışır.
Müəssisənin nizamnamə kapitalı 1,504 mln. manatdır ki, bu məbləğ də hər birinin nominal dəyəri 2 manat olan 752 min ədəd səhmə bölünüb.
Müəssisənin 15,285 min manat məbləğində öhdəliyi var, əməkdaşların əməkhaqları üzrə borc isə 12,36 min manat təşkil edir.
“Azerbaijan Fish Farm” MMC Azərbaycanda davamlı və mütərəqqi balıq yetişdirilməsi və kürü istehsalı sahəsində öncüldür.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət