Noyabrın 30-dan Azərbaycanda “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na dəyişikliklər qüvvəyə minib.
Düzəlişlərə əsasən, xüsusilə bank aktivləri üzrə risk qruplarının təsnifatının genişləndirilməsi nəzərdə tutulur. Yeni qaydalara əsasən, bu cür qrupların sayı 8-dən 10-dək artırılıb: 0%, 20%, 35%, 50%, 75%, 100%, 120%, 150%, 180% və 200%. Eyni zamanda, 180% və 200% yeni risk qruplarıdır.
180%-li risk qrupuna borcun gəlirlərə nisbəti (BGN) əmsalı 60%-dən yuxarı olan, lakin 70% həddini keçməyən istehlak kreditləri, təminatı qismində milli və sərbəst dönərli xarici valyutada pul vəsaitləri çıxış edən istehlak kreditləri istisna olmaqla. Eyni zamanda, zəmanətin məbləği ən azı öhdəliyə bərabər olmalıdır.
Həmçinin, təminatı qismində daşınmaz əmlak və avtomobil nəqliyyatı vasitələri çıxış edən və təminatının dəyəri təmin etdiyi öhdəliyin 150%-dən az olmayan istehlak kreditləri, verilmə anında faiz dərəcəsi əvvəlki rübdə verilmiş istehlak kreditləri üzrə sektorun orta faiz dərəcəsi və onun yarısının cəmindən böyük olan istehlak kreditləri bu qrupa aid olmayacaq.
200%-li risk qrupuna BGN əmsalı 70%-dən yuxarı olan istehlak kreditləri aid olunur. 180%-li risk qrupunda nəzərdə tutulan istisnalar burada da tətbiq olunur.
Bundan başqa, dəyişikliklərə əssaən, istehlak kreditlərinin müddətindən asılı olaraq risk dərəcələri aşağıdakı qaydada artırılır: 3 il və ya daha çox və 5 il və ya daha az təşkil edən kreditlərin risk dərəcəsi 2 faiz bəndi artırılır; müddəti 5 ildən çox və 7 il və ya daha az təşkil edən kreditlərin risk dərəcəsi 40 faiz bəndi artırılır. Xarici valyutada verilmiş istehlak kreditlərinin risk dərəcəsi 60 faiz bəndi artırılır.
Bununla da istehlak kreditləri ən yüksək risk qrupuna aid edilib.
O cümlədən, tənzimləyici bazar riskləri üzrə minimum kapital tələbi anlayışını daxil edib. Buna bankın məruz qaldığı valyuta riski, əməliyyat riskləri üzrə minimum kapital tələbi, sistem bankları üçün kontr-tsiklik kapital buferi anlayışı daxildir. I dərəcəli kapital və məcmu kapital adekvatlığı əmsalının üzərinə 0 – 2.5% arasında kontr-tsiklik kapital buferi tətbiq edilir.
Bu dəyişikliklər 2019-cu il noyabrın 30-dan qüvvəyə minir.
Bundan əkavə, noyabrın 30-dan “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”a dəyişikliklər qüvvəyə minib. Tənzimləyici uzunmüddətli istehlak kreditləri üzrə bank risklərini məhdudlaşdırmağı qərara alıb. Dəyişikliklərə əsasən, müddəti 7 ildən artıq olan istehlak kreditlərinin maksimum həcmi bankın I dərəcəli kapitalının 0,1%-i ilə məhdudlaşdırılıb. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət