Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” yatağından qazın çatdırılması üçün infrastruktur 2021-ci ildə hazır olacaq. Bu barədə SOCAR-ın məlumatında deyilir.
Dekabrın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Fransanın TOTAL şirkətinin hasilat üzrə prezidenti Arnaud Breuillac SOCAR-TOTAL əməkdaşlığının “Abşeron” layihəsi çərçivəsində nailiyyətlərini müzakirə ediblər.
Görüşdə tərəflər bildiriblər ki, “Abşeron” yatağında SOCAR-ın Heydər Əliyev adına yarımdalma qurğusu ilə qazılan quyuda işlər tamamlanıb. Qiymətləndirmə və hasilat üçün nəzərdə tutulan bu quyu 7411 metr dərinliyə qazılmaqla, hazırda Xəzər dənizində ən dərin quyudur. Tərəflər, hər birinin 50 faizlik paya malik olduqları JOCAP birgə əməliyyat şirkətinin gələcəkdə layihənin idarəetməsini həyata keçirməsi fikrini təqdir ediblər.
“Məhsulun sahilə çıxarılması üçün lazım olan bütün sualtı avadanlıqlar hazırda Azərbaycandadır. Qurulan sualtı infrastruktur vasitəsi ilə məhsul Neft Daşlarındakı qəbuledici platformaya, orada isə sahilə çıxarılacaq. 2021-ci ildə quraşdırma işlərin tamamlanması və ilk məhsulun çıxarılması nəzərdə tutulur”, - deyə məlumatda qeyd olunur.
“Abşeron” yatağı Azərbaycanın ən böyük qaz-kondensat yataqlarından biri və son 10 ildə “Total” şirkətinin ən böyük kəşfidir”, - deyə A.Breuillac vurğulayıb.
Görüşdə Xəzərin Azərbaycan sektorunda kəşfiyyat işlərinin aparılması ilə bağlı perspektivlər müzakirə olunub, qeyd edilib ki, SOCAR-ın təşəbbüsü və müxtəlif şirkətlərin iştirakı ilə Azərbaycanda planlaşdırılan genişmiqyaslı geoloji kəşfiyyat işləri layihəsi bütün ölkə ərazisini əhatə edə bilər və bunun sayəsində ölkəmizin neft və qaz potensialı tam dəqiqləşəcək.
R.Abdullayev yataqların işlənilməsi və məhsulun reallaşdırılması üçün infrastrukturun əsas şərt olduğunu vurğulayaraq bildirib ki, hazırda Azərbaycan Cənub Qaz Dəhlizi kimi nəhəng infrastruktura malik olduğu üçün müxtəlif yataqlardan hasil edilən məhsulların xarici bazarlara çıxarılması mümkündür. “Bu da “Abşeron” və digər yataqların işlənilməsində Azərbaycanın və SOCAR yaratdığı kommersiya üstünlüyü və layihənin gəlirliyinə təsir göstərən mühüm töhfədir”, - deyə o hesab edir.
2016-cı il noyabrın 21-də SOCAR və TOTAL arasında “Abşeron” qaz-kondensat yatağının işlənməsi üzrə I mərhələnin əsas müqavilə və kommersiya şərtlərinin müəyyən edilməsi haqqında saziş imzalanıb.
“Abşeron” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş 2009-cu il fevralın 27-də imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (50%) və TOTAL (50% - operator) şirkətləridir.
Müqavilə 30 il müddətinə imzalanıb. Müqavilə sahəsi 747 kv. km təşkil edir.
“Abşeron” bloku Bakıdan 100 km məsafədə, dənizin 500 metr dərinliyində yerləşir. Yataq 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat ehtiyatına malikdir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət