MDB ölkələri, Gürcüstan və Ukrayna liderləri Azərbaycan prezidenti İlham Əliyevi 58 yaşı tamam olması münasibətilə təbrik ediblər.
Xüsusilə, Belarus prezidenti Aleksandr Lukaşenko təbrik məktubunda qeyd edib ki, iki dövlətlərimiz arasında etimada əsaslanan münasibətlərin çox yüksək səviyyəsinə və strateji xarakterinə böyük dəyər verir. Lukaşenko əmindir ki, Minsk ilə Bakının möhkəm dostluğa və qarşılıqlı anlaşmaya əsaslanan çoxşaxəli tərəfdaşlığı bundan sonra da uğurla inkişaf edəcək. “Azərbaycan Respublikasının davamlı sosial-iqtisadi inkişafı, həyata keçirilən kompleks islahatlar və ölkənin dünya arenasında müsbət imicinin möhkəmlənməsi sizin adınızla sıx bağlıdır”, - Lukaşenko qeyd edib.
Gürcüstan prezidenti Salome Zurabişvili təbrik məktubunda Gürcüstanla Azərbaycan arasındakı münasibətləri nümunəvi adlandırıb. “Azərbaycan Gürcüstanın mehriban dostu və tərəfdaşıdır. Gürcüstanla Azərbaycan arasındakı münasibətlər həqiqətən də nümunəvidir. Mən inanıram ki, biz regionda sabitliyin möhkəmləndirilməsi və gələcəkdə daha da gücləndirilməsi istiqamətində bundan sonra da bir çox faydalı addımlar atacağıq”, - o bildirib.
Ukrayna prezidenti Vladimir Zelenski təbrik məktubunda qeyd edib ki, iki ölkə arasında strateji tərəfdaşlığın gələcək inkişafına qarşılıqlı maraqların, eləcə də səmərəli əməkdaşlığımızın dərinləşdirilməsi üçün geniş imkanların olduğunu təsdiq etmiş danışıqlarımızın dostluq ab-havasını məmnunluqla xatırlayır. “İnanıram ki, danışıqlar zamanı əldə etdiyimiz nəticələrin uğurla həyata keçirilməsi münasibətlərimizin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə təsir edəcək”, - Zelenski bildirib. Həmçinin, Ukrayna prezidenti Azərbaycan liderini Ukraynaya rəsmi səfərə dəvət edib. O əmindir ki, bu səfər Ukrayna-Azərbaycan tərəfdaşlığında əldə etdiyimiz yeni nailiyyətlərin möhkəmlənməsinə imkan yaradacaq”.
Moldova prezidenti İqor Dodon təbrik məktubunda “dost dövlətlər arasında əlaqələrin möhkəmlənməsinə əhəmiyyətli töhfəyə görə dərin təşəkkürünü bildirib. Dodon müxtəlif sahələrdə iki xalqın uzunmüddətli maraqlarına tam şəkildə cavab verən Moldova-Azərbaycan əməkdaşlığının bundan sonra da inkişaf etdirilməsində maraqlı olduğunu təsdiq edib.
Özbəkistan prezidenti Şavkat Mirziyoyev təbrik məktubunda Bakı ilə Daşkənd arasında qarşılıqlı faydalı, çoxtərəfli və uzunmüddətli əməkdaşlıq sabit inkişaf etdiyini qeyd edib. “Böyük məmnuniyyətlə qeyd etmək istərdim ki, cari ildə bizim aramızda baş tutmuş bir sıra açıq və səmərəli görüşlər, o cümlədən oktyabr ayında Bakıda çox məhsuldar danışıqlarımız Özbəkistan ilə Azərbaycan arasında münasibətlərin inkişafına böyük təkan verib. Əminəm ki, bizim yüksək səviyyədə əlaqələrimiz nəticəsində strateji tərəfdaşlığımız yaxın gələcəkdə qarşılıqlı etimad və hörmət ruhunda yeni məzmun və məna ilə zənginləşəcək, dövlətlərimizin potensialına və imkanlarına uyğun olaraq daha yüksək səviyyəyə çatacaq”, - Mirziyoyev vurğulayıb.
Qazaxıstanın birinci prezidenti-Elbası Nursultan Nazarbayev təbrik məktubunda vurğulayıb ki, ölkəsi Azərbaycanla bütün səviyyələrdə strateji tərəfdaşlığın gələcəkdə daha da dərinləşməsində maraqlıdır. “Siz Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə, xalqın rifahının və ölkənin nüfuzunun artmasına yönəlmiş ciddi daxili və xarici siyasət həyata keçirirsiniz. Əziz İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, tükənməz enerji və ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq arzu edirəm”, - Nazarbayev bildirib. **
X.Nəsirzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət