2019-cu ilin 11 ayı ərzində Azərbaycanda pos-terminallar vasitəsilə həyata keçirilən əməliyyatların sayı ötən ilin müvafiq dövrü ilə nüqayisədə 18% artıb. Bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov məlumat verib.
“Əhali pos-terminalların xidmətlərindən daha fəal istifadə etməyə başlayıb, lakin bu göstəricilər hələ qənaətbəxş səviyyədə deyil. Biz uzun müddətdir bu problemlə mübarizə aparırıq və gələn ildən cəzaları sərtləşdirməyi qərara almışıq”, - deyə S.Ələkbərov bu gün ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Daha əvvəl Vergilər Nazirliyinin Vergi Siyasəti Departamentinin baş direktoru Samirə Musayeva bildirmişdi ki, 2020-ci il yanvarın 1-dən ticarət və xidmət obyektlərində pos-terminalların quraşdırılmasından və nağdsız ödənişlərin qəbul olunmasından imtina hallarına görə sanksiyalar tətbiq ediləcək. Bu hal ilk dəfə baş verdikdə 1000, ikinci dəfə baş verdikdə 2000, üçüncü dəfə 3000, növbəti ildə isə 6000 manat maliyyə sanksiyası tətbiq olunacaq.
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, 2019-cu il noyabrın 1-nə respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 65,608 min ədəd təşkil edib. Bakıda 39,634 min ədəd, regionlarda 25,974 min ədəd pos-terminal quraşdırılıb.
Pərakəndə ticarət obyektlərində 64,219 min ədəd pos-terminal və ya bütün pos-terminalların 97,9%-i quraşdırılıb.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət