2019-cu ildə “Azərbaycan Kredit Bürosu” (AKB) MMC-yə 2 mln. 882,846 min sorğu daxil olub. Bu barədə Büronun məlumatında deyilir.
“Ötən iI Büroya 2 mln. 882,846 min sorğu daxil olub. Hesabat dövründə 30 bank AKB-yə 2 mln. 572,178 min sorğu (sorğuların ümumi sayının 89,2%-i) göndərib", - məlumatda bildirilir.
Bundan başqa, 40 bank olmayan kredit təşkilatı tərəfindən Büroya 309,939 min sorğu göndərilib.
Bütövlükdə, hesabat dövründə kredit sorğularının sayı ötən ilin analoji dövrü ilə müqayisədə 56% artıb.
Eyni zamanda AKB-nin "Skor üzrə şərti işarələnmə" xidmətindən 1,923 milyon dəfə istifadə olunub. Bu, Bürpya ümumi sorğuların 67%-ni təşkil edir.
Məlumatda qeyd olunur ki, 132 təşkilat Azərbaycan Kredit Bürosu ilə müqavilə imzalayıb.
Qeyd olunan dövr ərzində 31,377 min nəfər şəxs öz kredit hesabatlarını əldə etmək məqsədi ilə Büroya müraciət edib. “Müraciət etmiş şəxslərin 31,23 mini fiziki, 147 nəfəri hüquqi şəxslər olub”, - məlumatda deyilir.
2017-ci ilin dekabr ayında özəl kredit bürosunun yaradılması üzrə təşəbbüs qrupunun iclasında "Azərbaycan Kredit Bürosu" MMC-nin təsis edilməsi qərara alınıb. Büronun təsisçiləri "Azərbaycan Beynəlxalq Bankı" ASC, "Bank Respublika" ASC, "Xalq Bank" ASC, "Kapital Bank" ASC, "PAŞA Bank" ASC, "Rabitəbank" ASC, "Unibank KB" ASC və "Ziraat Bank Azərbaycan" ASC olub. Büro 2018-ci il fevralın 1-də fəaliyyətə başlayıb və nizamnamə kapitalı 2 mln. manata bərabərdir.
Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, mobil telefon operatorlarından, borc öhdəliyi ilə bağlı digər məlumat bazalarından toplanması, saxlanması, təhlili, kredit hesabatlarının formalaşdırılmasını, habelə borcalanlara fərdi reytinqlərin verilməsi və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edən qurumdur.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət