2020-ci ildə “Şahdəniz” yatağının işlənməsi və Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə qaz ixracından SOCAR-a neftin qiymətindən asılı olaraq $75,69 milyondan $195,22 milyona qədər dividend ödənilə bilər.
“Neftin bir barelinin qiyməti $40 olarsa, SOCAR-a “Şahdəniz” payı üzrə $28,39 milyon, neftin bir barelinin qiyməti $50 olarsa, $88,18 milyon, $60 olarsa, $147,92 milyon məbləğində dividend ödəniləcək. SOCAR-a CQBK payı üzrə ödəniləcək dividendlər neftin qiymətindən asılı olmayaraq $47,3 milyon təşkil edəcək”, - deyə Hesablama Palatasından “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Neftin bir barelinin qiyməti $40 olarsa, “Şahdəniz” və CQBK üzrə SOCAR-a ödəniləcək dividendlər $75,69 milyon, $50 olarsa, $135,48 milyon, $60 olarsa, $195,22 milyon təşkil edəcək.
“SOCAR bu vəsaitin 55%-ni Dövlət Neft Fonduna (ARDNF) köçürəcək. Bu ödənişlər Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Neft Fondu və SOCAR arasında imzalanmış SOCAR-ın “Şahdəniz”, Cənubi Qafqaz Boru Kəməri və Cənub Qaz Dəhlizi layihələri üzrə mənsub olduğu paylara düşən gəlirlərin idarə olunmasına dair Razılaşma Protokolunda nəzərdə tutulub”, - deyə məlumatda qeyd olunur.
Beləliklə, neftin qiyməti $40 olarsa, SOCAR ARDNF-ə $41,63 milyon, $50 olarsa, $74,51 milyon, $60 olarsa, $107,37 milyon ödəyəcək.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Mərhələ-1” çərçivəsində “Alfa” və “Mərhələ-2” çərçivəsində “Bravo” platformalarından həyata keçirilir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət