2019-cu ildə Azərbaycan hökuməti iqtisadiyyatın şaxələndirilməsi və neft-qaz sektorundan asılılığın azaldılması istiqamətində böyük işlər görüb. “Qazprombank”ın analitikləri belə hesab edirlər.
“2019-cu ildə Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi və neft-qaz sektorundan asılılığının azaldılması istiqamətində böyük işlər görüb. Bu istiqamətdə tədbirlər davam etdirilməlidir”, - deyə bankdan "İnterfaks-Azərbaycan" agentliyinə bildiriblər.
2019-cu ilin yekunları üzrə qeyri-neft ÜDM-nin payı 54% təşkil edib, bu sektorun artım tempi 3,5%-ə qədər sürətlənib. "Qeyd etmək lazımdır ki, 2019-cu ildə məhz qeyri-neft sektoru Azərbaycan iqtisadiyyatının artım tempinin 2,2% sürətlənməsinə imkan verib. Bundan başqa, 2019-cu ildə qeyri-neft sektoruna sərmayə qoyuluşları 23%, neft sektoruna isə 1,9% artıb”, - deyə bankın Azərbaycan iqtisadiyyatına dair icmalında vurğulanır.
“Qazprombank” hesab edir ki, Azərbaycanın ixrac strukturu daha da şaxələndirilməni tələb edir. “Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2019-cu ilin yekunları üzrə malların ixrac strukturunda neft-qaz məhsullarının payı yüksək (90%) olaraq qalır, o cümlədən xam neftin ixrac həcmi 76% təşkil edir. İqtisadiyyatın neft-qaz sektorundan asılılığını azaltmaq üçün Azərbaycan İqtisadiyyat Nazirliyi 2020-ci ilin iyul ayına qədər qeyri-neft ixracının yeni inkişaf strategiyasını hazırlayacaq. Strategiya qeyri-neft ixracının həcminin artırılmasını nəzərdə tutur”, - deyə bank qeyd edir.
“Qazprombank”ın analitikləri qeyd edirlər ki, Azərbaycanın xarici balansı güclü olaraq qalır. “Xarici şoklara dayanıqlılığı təmin edən beynəlxalq ehtiyatların toplanmasında böyük irəliləyiş əldə edilib. Xüsusilə Azərbaycan cari hesab balansının ÜDM-ə nisbətinə görə (2019-cu ilin 9 ayının yekunları üzrə 11,8% və ya mütləq ifadədə $4 milyard təşkil edib) MDB-də lider mövqeyini qoruyur.
Bundan başqa, Azərbaycan beynəlxalq ehtiyatların (Dövlət Neft Fondunun aktivləri də daxil olmaqla) ÜDM-ə nisbətinə görə (2019-cu ilin yekunları üzrə 100%-i ötüb) MDB-də lider mövqeyini qoruyub saxlayır. Bizim qiymətləndirmələrimizə görə, 2019-cu ildə ARDNF-in aktivləri 16%, bu aktivlər nəzərə alınmaqla məcmu beynəlxalq ehtiyatlar isə 15,4% artıb. Hesab edirik ki, bu, ötən il qüvvəyə minmiş büdcə qaydaları hesabına mümkün olub”, - deyə məlumatda vurğulanır.
“Qazprombank”ın analitikləri, həmçinin Azərbaycanda iqtisadi artım perspektivlərinə nikbin baxırlar. "Aparılan islahatlar fonunda 2020-ci ilin yekunları üzrə iqtisadi artım, ilk növbədə, qeyri-neft sektoru hesabına 2019-cu ildəki 2,2%-dən 3%-ə çata bilər", - deyə bankda hesab edirlər.
“Qazprombank” Rusiyanın korporativ və fərdi müştərilərə, maliyyə institutlarına, institusional və özəl investorlara bank, maliyyə, investisiya məhsulları və xidmətlərinin geniş spektrini təqdim edən ən iri universal maliyyə institutlarından biridir.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət