SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) 2020-ci ildə dövlət investisiyaları hesabına 51 rayonda 80-dən çox kənd və 40-dan artıq yaşayış massivini qazlaşdırmağı planlaşdırır. Bu barədə İB-nin məlumatında deyilir.
“2020-ci ildə Azərbaycanda qazlaşdırma işlərinin həyata keçirilməsi üçün SOCAR-a dövlət büdcəsindən 130 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Həmin vəsait hesabına bu günə qədər qaz almayan bir çox yaşayış məntəqəsi (kənd və yeni yaşayış massivləri) qazlaşdırılacaq. Hazırda həmin məntəqələr üzrə son dəqiqləşdirilmələr aparılır. 2020-ci ildə 51 şəhər və rayon üzrə 80-dən artıq kənd və 40-dan çox yaşayış massivi qazlaşma proqramında əksini tapacaq”, - deyə məlumatda bildirilir.
Eyni zamanda, Saatlı rayonunda yerləşən 101 məcburi köçkün ailəsinin məskunlaşdığı şəhərcik də proqrama daxildir. Bununla da belə şəhərciklərin qazlaşdırılması başa çatacaq.
Ümumilikdə, Bakı şəhəri üzrə yeni yaşayış massivlərinin 2020-ci ildə 100 faiz qazlaşdırılması nəzərdə tutulub. Bakı şəhərində 22 yeni yaşayış massivinin qazlaşdırılmasına dair birinci mərhələyə başlanılıb və hazırda da davam etdirilir. Bakı şəhəri ətrafında genişlənmiş ərazilərə gəldikdə isə, 34 yeni yaşayış massivi qazlaşdırılacaq. Buraya ötən il icrasına başlanılan qazlaşdırmanın birinci mərhələsinə aid olunan 16 massiv də daxildir.
2019-cu ilin sonunda ölkədə qazlaşma səviyyəsi 96 faizə çatdırılıb. Regionlarda 92 yaşayış məntəqəsi qazlaşdırılıb.
Əhali üzrə abonent sayı ötən il daha 100 min artaraq 2,3 milyona bərabər olub.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət