Fransa şirkətləri Azərbaycanın enerji sektoruna milyardlarla investisiya yatırmağa hazırdır. Bu sözləri Fransanın Bakıdakı səfiri Zakari Qross deyib.
“Fransanın Azərbaycanda fəaliyyətdə olan nəhəng enerji şirkətlərindən biri ölkə iqtisadiyyatına milyardlarla investisiya yatırmağa hazırdır. Bu niyyətin baş tutub-tutmayacağı Azərbaycandan asılıdır. Digər aparıcı fransız şirkətləri Azərbaycanda külək və günəş elektrik enerjisi istehsalının inkişafına investisiya yatırmağa çalışır. Onlar bu sahədə böyük beynəlxalq təcrübəyə malikdirlər. Hazırda hökumət bir neçə vacib layihəni nəzərdən keçirir və ümid edirəm ki, onlar tezliklə Azərbaycanda fəaliyyətə başlayacaq”, - deyə o, «Region Plus» jurnalına müsahibəsində bildirib.
Səfir qeyd edib ki, «Total» gələn ildən işləməyə başlayacaq «Abşeron» layihəsinə 1 milyard avrodan artıq invetisiya qoyub.
“Bundan başqa, Fransa İnkişaf Bankı Azərbaycanda bərk tullantıların emalı kimi «yaşıl» layihələrə investisiya qoymağa hazırdır. Bu, bərk tullantıların azalmasında yeni təmiz texnologiyalardan istifadəyə imkan verərdi. Bu isə öz növbəsində, həm ətraf mühitin, həm də yerli əhalinin xeyrinədir”, - deyə Z.Qross bildirib.
Onun sözlərinə görə, təhlükəsizlik, məsələn, kompüter təhlükəsizliyi sahəsində ixtisaslaşmış Fransa şirkətləri də Azərbaycanda fəaliyyət göstərməyə hazırdır.
“Hesab edirəm ki, əməkdaşlığın inkişafı üçün potensialın böyük olduğu sahələrdən biri şəhər xidmətləri sektorudur. Supaylayıcı sistemin təkmilləşdirilməsi su sərfiyyatını azalda, onun keyfiyyətini artıra, həmçinin qışda daşqın suları ilə bağlı problemi həll edə bilər. Bundan başqa, paytaxt sakinlərinin əksəriyyəti üçün Bakı Metropoliteninin fəaliyyətinin əhəmiyyəti nəzərə alınarsa, qatarların hərəkət sürətinin artırılması ilə məşğul olmaq mümkündür. Havanın təmizliyi sahəsində də əməkdaşlıq mümkündür”, - deyə o vurğulayıb.
Diplomat əlavə edib ki, Paris Fransanın istehsal sektoruna böyük həcmdə Azərbaycan investisiyalarının yatırılmasında maraqlıdır.
“2018-ci ildə ölkələrimiz arasında ticarət mübadiləsinin həcmi, təxminən, 615 milyon avro olub. Bu, məyusedici vəziyyətdir. Çünki Fransanın dünya səviyyəli şirkətləri Azərbaycana iqtisadiyyatını şaxələndirməsi üçün çox şey təklif edə bilər. Buraya nou-hau və texnologiyalar da aiddir. Onlar Azərbaycan standartlarının Avropa standartları səviyyəsinə çatdırılmasına yardım edə bilərlər”, - deyə Z.Qross söyləyib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət