SOCAR şirkəti (ARDNŞ) “Belneftexim” konserninə 80 min tona yaxın Azərbaycan nefti ilə bir tankerin nəqli üzrə razılığın əldə olunduğunu təsdiq edib.
“Məndə olan məlumata görə, “Belneftexim” üçün bir tanker pariyasının nəqlinə dair razılıq var, ikinci partiya ilə bağlı danışıqlar aparılır. Azərbaycan nefti ilə tanker Supsa limanından göndəriləcək”, - “İnterfaks-Azərbaycan”a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.
O, ilk tanker partiyasının göndəriləcəyi tarixi dəqiqləşdirməyib.
Öncə “Belneftexim”in mətbuat katibi Aleksandr Tişenko “İnterfaks-Zapad” agentliyinə məlumat verib ki, Belarus konserni ARDNŞ ilə 160 min ton ümumi həcmdə iki neft tankerinin nəqli üzrə saziş bağlayıb.
“Martda Ukrayna ərazisindən “Odessa-Brodı” neft kəməri ilə neftin nəqli başlanacaq. SOCAR şirkəti ilə 160 min ton ümumi həcmdə iki neft tankerinin nəqli üzrə sazişi təsdiq etdik”, - Tişenko bildirib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət