Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə indiyə qədər hərəkət edən ən uzun qatar artıq Bakıya çatıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən məlumat verilib.
“940 metr uzunluğunda və 82 konteynerdən ibarət olan qatarda Türkiyədə istehsal olunan ixrac məhsulları daşınır. Yüklər Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistan üçün nəzərdə tutulub. Qatarın Türkiyədən Özbəkistana qədər məsafəni 9 günə qət edəcəyi gözlənilir. Daşımanın Azərbaycan, Türkmənistan və Özbəkistan üzərindən operatoru “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-dir. Blok qatardakı 20 konteynerin son təyinat məntəqəsi Azərbaycandır. Konteynerlərdən 30-u Ələt limanından gəmilərlə Türkmənbaşı, 24-ü Aktau, 8-i isə Kurık limanlarına çatdırılacaq”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti 30 oktyabr 2017-ci ildə açılıb. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.
Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət