S&P: 2020-ci ildə Azərbaycan banklarında problemli kreditlərin payı 12-15%-dək artacaq
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi koronavirus (COVİD-19) pandemiyası və neftin qiymətinin ucuzlaşması ilə əlaqədar 2020-ci ildə Azərbaycan banklarında problemli kreditlərin xüsusi çəkisinin 2019-cu ilin sonuna olan təxminən 8%-ə qarşı 12-15%-ə qədər artacağını proqnozlaşdırır.
"Azərbaycan banklarının biznesinin artım templərini və mənfəət göstəricilərini məhdudlaşdıra biləcək risklər artır. Bu vəziyyət bankların kapital ehtiyatlarının həcminə, aktivlərinin keyfiyyətinə və resurs bazasının sabitliyinə gözlədiyimizdən daha çox mənfi təsir gstərə bilər", - deyə agentlik Azərbaycan banklarının qiymətləndirilməsində qeyd edir.
Agentliyin qiymətləndirmələrinə görə, 2019-cu ildə kreditləşmə həcmlərinin bərpasına (əsasən pərakəndə seqmentdə) baxmayaraq, S&P hələ də hesab edir ki, Azərbaycan iqtisadiyyatı korreksiya mərhələsindədir və bu, bank sektoruna güclü təsir göstərir.
"Biz baza ssenarimiz çərçivəsində ehtimal edirik ki, mürəkkəb iqtisadi vəziyyət bir çox korporativ və fərdi borcalanların, habelə kiçik və orta biznes müəssisələrinin öz borc öhdəliklərinə xidmət göstərmək qabiliyyətinin pisləşməsinə səbəb olacaq. Proqnozlarımıza görə, 2020-ci ildə problemli kreditlərin payı 2019-cu ilin sonuna olan təxminən 8%-ə qarşı 12-15% təşkil edəcək. Ehtiyatların yaradılması ilə bağlı əlavə xərclərin kreditlər üzrə mümkün itkilərə, bankların gəlirlilik göstəricilərinə təsiri 2020-2021-ci illər ərzində bölüşdürülə bilər ki, bu da bankların kapital ehtiyatlarının azalmasını müəyyən dərəcədə məhdudlaşdıra bilər", - deyə qiymətləndirmədə bildirilir.
S&P-nin gözləntilərinə görə, 2020-ci ildə Azərbaycan bankları tərəfindən yeni kreditlərin verilməsi templəri azalacaq, rezervləşdirmə xərcləri, çox güman ki, bank sektoru üzrə kredit portfelinin orta həcminin 4%-nə qədər (2015-2019-cu illərdə 3,2%-lə müqayisədə) artacaq. Nəticədə bəzi banklar nəticələri yalnız zərərsizlik səviyyəsində nümayiş etdirə biləcəklər. 2019-cu ilin sonuna olan vəziyyətə görə, ev təsərrüfatlarının və korporativ borcalanların borcunun həcmi ölkə üzrə ÜDM-nin 8,5% və 10,2%-ni təşkil edib - bank sektorunun sahə və ölkə risklərinin qiymətləndirilməsinə (Banking Industry Country Risk Assessment - BICRA) görə, bu göstərici müqayisə olunan bir sıra ölkələrdən – Gürcüstan, Tunis və Yunanıstandan daha aşağıdır.
"Azərbaycanın bank sisteminin resurs bazasının müştəri depozitlərinin nisbətən yüksək payı ilə xarakterizə olunmasına və xarici maliyyələşmədən əhəmiyyətli dərəcədə asılı olmamasına baxmayaraq, son illərdə manatın kəskin devalvasiyasından sonra xarici valyutada fondlaşdırma payının artması (müştəri vəsaitlərinin 60%-dən çoxu) nəticəsində aktivlərdə və öhdəliklərdə davamlı disbalans yaranıb. Biz davam edən valyuta disbalansını xüsusilə 2020-ci ilin birinci rübündə neftin qiymətinin ucuzlaşması nəticəsində manata təzyiqin artması fonunda əvvəlki kimi risk olaraq qiymətləndiririk", - deyə agentlik qeyd edir.
İqtisadiyyata artan təzyiqlərə və mövcud vəziyyətin qeyri-müəyyənliyinə baxmayaraq, əsasən Azərbaycanda fəaliyyət göstərən, emitentin kredit reytinqi təyin olunan bankın reytinqinin baza səviyyəsi "B+" səviyyəsində qalır. "Bizim nöqteyi-nəzərimizdən reytinq artıq Azərbaycanın bank sektoruna xas olan riskləri ehtiva edir: yüksək kredit riski, iqtisadiyyatın tsiklik xarakteri ilə bağlı risklər və bu illər ərzində baş verən kifayət qədər aqressiv kreditləşmə təcrübəsi", - deyə S&P vurğulayır.
Hazırda Azərbaycanda 28 bank fəaliyyət üçün lisenziyaya malikdir.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət