Azərbaycan ilə Rusiya arasında münasibətlər getdikcə daha geniş vüsət alır. Bu sözləri Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov deyib.
"SSRİ-i dağıldıqdan sonra Rusiya ilə Azərbaycan arasında mehriban qonşuluq münasibətləri qorunub saxlanılıb. Xalqlarımızın əsrlər boyu davam edən dostluq ənənələri yalnız inkişaf edib və yeni formalar alıb. Prezidentlərimiz ildə bir neçə dəfə görüşürlər və bu, bizi çox sevindirir. Çoxsaylı təmaslar parlament səviyyəsində də dəstəklənib. Həmçinin ölkələrimiz arasında böyük ticarət dövriyyəsi mövcuddur və birbaşa investisiyalar milyard dollarlarla ölçülür. Gəncədə Rusiya “KAMAZ”ları yığılır. Biz Bakı metrosu üçün vaqonlar tədarük edirik. Azərbaycan həm də beynəlxalq hərbi forumların iştirakçısıdır", - deyə Juravlyov bu gün “Azərbaycan dövlətçiliyinin ildönümü: nailiyyətlər, problemlər, Rusiya Federasiyası ilə əməkdaşlıq” mövzusunda keçirilən onlayn konfransda bildirib.
O, Azərbaycanda rus dilində təhsilə çox böyük önəm verildiyini yüksək qiymətləndirib və ölkədə çoxlu sayda rusdilli məktəblərin olmasının buna dəlalət etdiyini diqqətə çatdırıb.
Deputatın sözlərinə görə, əhalinin rus dilini bilməsi və Azərbaycanın qonaqpərvərliyi rusiyalı turistləri cəlb edən əsas amillərdən biridir. "Dil və irqi ayrı-seçkilikdən uzaq olan qonaqpərvər Azərbaycan rusiyalı turistlər üçün getdikcə daha cəlbedici məkana çevrilir. Azərbaycana gələn rusiyalı turistlərin sayı ildən-ilə artır", - deyə Juravlyov vurğulayıb.
O, həmçinin qeyd edib ki, RF-dəki Azərbaycan diasporu Rusiya ilə əməkdaşlığı yaxşılaşdırmalıdır. "Mən Prezident yanında Millətlərarası Münasibətlər Şurasında təmsil olunuram. Orada Azərbaycan diasporunun nümayəndəsi var - Mehriban Sadıqova. Qeyd etmək lazımdır ki, biz Azərbaycanın problemlərini qaldırmağa hazırıq. Sadəcə, daha sıx, o cümlədən də Millətlərarası Münasibətlər Şurası çərçivəsində işləmək lazımdır. Şura məsləhət və məşvərət orqanı olsa da, Prezident yanında Şuradır. Orada kəskin məsələləri qaldırmaq olar. Ona görə də nəzərə alın ki, sizin tərəfdarlarınız var. Biz hamımız birlikdə daha fəal işləməliyik", - deyə deputat qeyd edib.
Hərbi ekspert, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko isə deyib ki, əgər SSRİ-yə Mixail Qorbaçov yox, Heydər Əliyev başçılıq etsəydi, Sovet İttifaqı bu gün də 1 nömrəli dövlət olardı.
"Bu gün Azərbaycan Respublikası postsovet məkanında bütün sosial-siyasi və iqtisadi göstəricilərə görə ən uğurlu dövlətlərdən biridir, nəzərə alsaq ki, ölkənin 20%-i işğal altındadır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük rolunu qeyd etmək lazımdır. O, hələ Sovetlər İttifaqı dövründə qeyri-adi düşüncə tərzinə malik olan, ən başlıcası isə, sadəcə siyasi bəyanatlarla çıxış etməyən, təkcə siyasətlə məşğul olmayan insan idi. H.Əliyev o vaxtkı Azərbaycan SSR ərazisində böyük iqtisadi dəyişikliklər həyata keçirmişdi. Və ilk növbədə, bu xidmətləri sayəsində gələcəkdə karyera yüksəlişinə nail olaraq SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olmuşdur. Ancaq Sovetlər İttifaqına Heydər Əliyevin yox, Qorbaçovun başçılıq etməsindən təəssüflənmək olar. Çünki əgər SSRİ-yə Heydər Əliyev başçılıq etsəydi, o, SSRİ-nin Den Syaopini olardı və Sovetlər İttifaqı bu gün də dünyanın bir nömrəli iqtisadi və siyasi dövləti olardı. Heydər Əliyev şəxsiyyətinin potensialı, miqyası belə bir ssenarinin reallaşdırılmasına imkan verirdi. Təəssüf ki, belə olmadı", - deyə o qeyd edib.
Korotçenko hesab edir ki, faktiki olaraq söhbətin Azərbaycan Respublikasının dövlətçiliyinin itirilməsindən getdiyi ağır bir vaxtda məhz Heydər Əliyev hakimiyyətə gəldi və ölkənin iqtisadi və siyasi, sosial inkişaf yoluna qədəm qoymasına nail oldu.
Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov isə qeyd edib ki, Azərbaycan və Rusiya SSRİ-nin tərkibində iki donor respublika olublar.
"Rusiya İmperiyası və Sovet İttifaqının tərkibində olduğu illərdə Azərbaycanda yerin təkindən 1 milyard 200 milyon ton neft hasil edilib. Müstəqillik illərində isə 0,5 milyard ton neft çıxarılıb, inkişaf Sovet dövründəki ilə müqayisədə daha intensivdir", - deyə deputat vurğulayıb.
Musabəyovun sözlərinə görə, Azərbaycan bütün ölkələrlə qarşılıqlı faydalı tərəfdaşlıq münasibətləri qurur. "Azərbaycan Rusiyanın Şimali Qafqazda təhlükəsizliyi təmin edə biləcəyi və təmin etdiyi tərəfdaş ölkədir. Hər iki ölkə bu tərəfdaşlıqda təhlükə yaradan dini ekstremizmin, terrorizmin qarşısının alınmasında eyni dərəcədə maraqlıdır", - deyə o əlavə edib.
Politoloq, həmçinin qeyd edib ki, Azərbaycan, Qazaxıstan və Rusiya tərəfdaşlığı Xəzərdə əvvəllər mövcud olmuş problemlərin düyününü açmağa və Xəzərin statusu məsələsini həll etməyə, bu regionda əməkdaşlıq üçün təməl yaratmağa kömək edib..
Onun sözlərinə görə, Bakı beynəlxalq meydançalarda iqtisadi və hərbi-siyasi məsələlərdə Moskva ilə sıx əməkdaşlıq edir.
Rusiyalı tarixçi və qafqazşünas Oleq Kuznetsov isə öz növbəsində, qeyd edib ki, azərbaycanlılar Moskvada sayca ikinci etnik qrupdur. "Moskvanın 12 milyon sakinindən 1,2 milyon nəfəri və ya 10%-i etnik azərbaycanlılardır. Bu, ölkələrimiz və xalqlarımız arasında inteqrasiyanın səviyyəsini göstərir. Demək olar ki, hazırda Rusiyaya Azərbaycandan daha yaxın olan heç bir ölkə yoxdur", - deyə tarixçi vurğulayıb.*
X.Nəsirzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət