“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın sığorta sektorunun risklərini yüksək kimi qiymətləndirir. Bu barədə agentliyin hesabatında deyilir.
“Bizim risk qiymətləndirməmiz Azərbaycanda iqtisadiyyat, siyasət, maliyyə sistemi, ödəniş mədəniyyəti və qanunun aliliyi prinsipinin məruz qaldığı risklər barədə rəyi əks etdirir. Cari makroiqtisadi tendensiyaları, sığorta xidmətlərinin nüfuzetmənin aşağı səviyyəsi və 2020-ci ildə sığorta haqlarının artım perspektivlərinin orta olduğunu nəzərə alaraq, Azərbaycanın sığorta şirkətləri üçün əməliyyat fəaliyyət şərtlərini əlverişsiz hesab edirik”, - hesabatda qeyd edilir. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Agentlik qeyd edir ki, Azərbaycanın qeyri-həyat sığortası sektorunun qiymətlndirilməsi Rusiya, Türkiyə və Portuqaliya üçün analoji qiymətləndirmələrə uyğundur. Həmçinin, qeyd olunan ölkələrdə qeyri-həyat sığortası sektoru müxtəlif inkişaf səviyyələrindədir.
“S&P” sahənin dinamikası və bu seqmentdə fəaliyyət göstərən şirkətlərin gəlirlilik göstəricilərinə müsbət təsir edən sığorta məhsullarının xarakteristikalarını nəzərə alaraq, sektorun gəlirliliyinin yaxşı göstəricilərini vurğulayır.
“Cari makroiqtisadi şərtlər və işgüzar fəallığın və ÜDM-in artım templərinin azaldığını nəzərə alsaq, hesab edirik ki, Azərbaycanda sığorta xərcləri adambaşı $20-25 səviyyəsində qalacaq, sığorta xidmətlərinin nüfuzetmə səviyyəsi isə aşağı olaraq qalacaq və beş il ərzində 0,5% təşkil edən orta göstəriciyə yaxınlaşacaq”, - hesabatda qeyd olunur.
Agentliyin analitiklərinin rəyinə görə, gələcəkdə artım perspektivləri mühüm dərəcədə qeyri-həyat sığortası ilə məşğul olan şirkətlərin tənzimləyici orqanın proqnozlaşdırılan yeni təşəbbüslərinin reallaşdırılması və ortamüddətli perspektivdə yeni sığorta məhsullarını tətbiq etmək bacarığından asılı olacaq.
Hazırda Azərbayanda 21 sığorta şirkəti fəaliyyət lisenziyasına malikdir. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət