2019-cu ildə fəaliyyətinin yekunları üzrə İcbari Sığorta Bürosunun (İSB) xalis mənfəəti 2018-ci ildə 3 milyon 66,731 min manat məbləğində xalis zərərə qarşı 4 milyon 720,486 min manat təşkil edib.
Büronun maliyyə hesabatına əssaən, 2019-cu il ərzində İSB-nin təqvim haqlarından gəliri 9 milyon 239,796 min manat təşki edib (2018-ci illə müqayisədə artım 17,1% - İF).
Eyni zamanda, ilin yekunları üzrə Büronun əməliyyat gəliri 7 milyon 486,41 min manat təşkil edib (artım 2,3 dəfə). 2019-cu ildə Büro kompensasiyalar üzrə ehtiyatlarln formalaşmasına 1 milyon 145,499 min manat yönəldib, baxmayaraq ki, 2018-ci ildə bu məqsədlərə 3 milyon 955,127 min manat yönəldilib.
2019-cu ilin yekunları üzrə İSB-nin vergiöncəsi gəliri 5 milyon 900,607 min manat təşkil edib. Hesabat ilində Büro 1 milyon 180,121 min manat məbləğində gəlir vergisi ödənişi edib (azalma 78,4%). Nəticədə, Büronun xalis mənfəəti 4 milyon 720,486 min manat təşkil edib.
2019-cu ildə İSB-nin aktivləri 16,5% - 42 milyon 474,938 min manatadək, öhdəlikləri – 11,7% - 12 milyon 315,612 min manatadək artıb.
2020-ci ilin əvvəlinə Büronun ehtiyatları (kapitalı) 30 milyon 159,326 min manat təşkil edir (artım 18,6%).
İcbari Sığorta Bürosu “İcbari sığortalar haqqında” qanun çərçivəsində yaradılıb və 2011-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
İSB-nin əsas funksiyası kompensasiya ödənişlərinin həyata keçirilməsi və bu məqsədlə müəyyən maliyyə fondunun idarə olunmasından ibarətdir.
Büronun maliyyə resursları bir neçə mənbədən formalaşır. Birincisi, bu, büronun işə başlaması üçün sığortaçıların ödədiyi daxil olma haqqıdır. İkincisi, sığortaçılar sığorta şirkətinin məşğul olmaq istədiyi icbari sığortanın hər bir növü üzrə təminat depoziti hazırlamalıdırlar. Üçüncüsü, sığorta şirkətləri hər ay icbari növlər üzrə sığorta haqlarının ümumi məbləğinin 5%-ni büronun hesabına köçürməlidirlər.
Büronun təsisçisi və üzvü olmaq istəyən sığorta şirkətləri üçün üzvlük haqqı 200 min manat təşkil edir.
Əgər sığorta şirkəti icbari sığortanın bir neçə növü üzrə xidmət göstərməkdə maraqlıdırsa, bu halda hər növə görə ayrıca depozit ödəməlidir.
Büro üzvlərinin daşınmaz əmlakın icbari sığortası üzrə birdəfəlik depozitinin məbləği 100 min manat; daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 100 min manat; avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 200 min manat; sərnişinlərin icbari sığortası üzrə 200 min manat, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 100 min manat təşkil edir. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət