"Cənub Qaz Dəhlizi" (CQD) QSC 2019-cu ilin yekunları üzrə qaz satışından gəlirlərini 2018-ci illə müqayisədə 31,7% - $134,802 milyonadək artırıb.
Bu barədə cəmiyyətin 2019-cu il üzrə auditi aparılmış maliyyə hesabatında deyilir.
Ötən il CQD “Şahdəniz” yatağından hasil edilən kondensat satışından $101,193 milyon (artım 27,2%), qaz nəqlindən $216,615 milyon (artım 3 dəfə) gəlir əldə edib.
Hesabata əsasən, kondensat və qaz satışından gəlirlər cəmiyyətin Azərbaycandakı fəaliyyətindən, qaz nəqlindən gəlirlər isə Türkiyədəki fəaliyyətindən əldə edilib.
2019-cu ildə CQD-nin ümumi gəlirləri $452,61 milyon (artım 78,5%) təşkil edib.
“Cənub Qaz Dəhlizi” QSC CQD layihəsinin komponentlərinin səmərəli idarə olunması məqsədilə yaradılıb. Cəmiyyətin kapitalında SOCAR-ın payı 49%, dövlətin payı 51% təşkil edir.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
Layihənin ümumi dəyəri $38 milyard təşkil edir.
10 milyard kubmetr həcmində Azərbaycan qazının Avropaya 2020-ci ilin IV rübündə ixrac edilməsi gözlənilir. Bundan başqa, 6 milyard kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz ixracına 2018-ci ilin yayından başlanılıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət