Milli Məcılis çərşənbə günü keçirilən plenar iclasda 2020-ci il dövlət büdcəsinə dəyişiklikləri birinci oxunuşda qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan”ın parlament müxbiri məlumat verir.
Düzəlişlərə əsasən, 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat (2020-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə azalma 0,1%), xərcləri - 27 milyard 492,2 milyon manat (artım 2,2%) təşkil edəcək.
Nəticədə, cari il dövlət büdcəsinin kəsiri öncə təsdiq olunan 2 milyard 760,2 milyon manata qarşı 3 milyard 368,2 milyon manatadək və ya ÜDM-in 4,9%-dək artır.
Büdcənin təkrar baxılması nəticəsində dövlət büdcəsinin gəlirləri neftin bir barrelinin $35 səviyəsində hesablanacaq (öncə - bir barrel üçün $55 idi).
Gəlirlərin strukturunda 13 milyard 990 milyon manat və ya 58% neft sektorundan daxilolmalar, 10 milyard 134 milyon manat (42%) – qeyri-neft sektorundan daxilolmalar hesabına təmin etmək planlaşdırılır.
Vergilər Nazirliyi xətti ilə daxilolmalar milyard 190 milyon manat (öncə təsdiq olunmuş proqnoz ilə müqayisədə azalma 8,7%), Dövlət Gömrük Komitəsinin xətti ilə - 3 milyard 830 milyon manat (azalma4,3%) həcmində nəzərdə tutulur.
2020-ci ildə ARDNF-dən dövlət büdcəsinə transfertlərin 12 milyard 200 milyon manatadək artırılması planlaşdırılır (öncə təsdiq olunmuş göstərici ilə müqayisədə artım 7,5%), qalanı digər mənbələrin payına düşür.
Səhiyyə sahəsinə xərcləri 25,4% - 1 milyard 716,6 milyon manatadək, Prezidentin Ehtiyat Fondunun vəsaitlərini – 60% - 480 milyon manatadək,iqtisadi və digərislahatlara – 18% - 1 milyard 231,08 milyon manatadək artırmaq planlaşdırılır.
Düzəlişlərə əsasən, COVİD-19-a görə səhiyyə sahəsinə əlavə 369 milyon manat, 238 milyon manat - əhalinin sosial müdafiəsinə, 136,6 milyon manat – dövlət şirkətlərinin dəstəklənməsinə, 100 milyon manat – biznesin dəstəyinə yönəldiləcək.
Beləliklə, qeyd olunan 4 istiqamət üzrə əlavə maliyyənin həcmi 843,6 milyon manat və ya $496,2 milyon təşkil edəcək.
Ümumilikdə, dövlət büdcəsinin təkrar baxılması nəticəsində müxtəlif istiqamətlər üzrə əlavə maliyyələşmənin həcmi 1 milyard 371,5 milyon manat, həmçinin, ölkənin müdafiə qabiliyyətinin artırılmasına 465 milyon manat təşkil edəcək. Lakin, paralel olaraq, dövlət büdcəsinin digər maddələri üzrə 774 milyon manat məbləğində qənaət edilməsi planlaşdırılır, bu da əlavə tədbirlərin maliyyələşdirilməsi üçün bir qədər az həcmdə vəsait tələb edir.
Həmçinin, 2020-ci ildə dövlət kapital qoyuluşlarının həcmi 4 milyard 909 milyon manat səviyyəsində qalacaq. Xərclərin digər istiqamətləri üzrə onların bir qədər azaldılması planlaşdırılır.
Düzəlişlərə əsasən, 2020-ci ildə Azərbacanda ÜDM-in azalması 5% səviyyəsində proqnozlaşdırılır. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət