Azərbaycanın OPEC+ sazişində iştirakı ölkədə neft hasilatının 2,7 milyon ton azalmasına gətirib çıxaracaq. Bunu maliyyə naziri Samir Şərifov deyib.
"Koronavirus pandemiyası və neft bazarında gedən digər proseslər səbəbindən tələbin azalması nəticəsində neftin qiymətinin kəskin şəkildə aşağı düşməsini müşahidə etdik, aprel-may aylarında neftin bir bareli $12-20 təşkil edib. Lakin yeni OPEC+ sazişi son iki ayda neftin qiymətinin bir qədər sabitləşməsinə imkan verib", - deyə Şərifov bu gün AzTV dövlət telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, nəticədə 7 ayın yekunları üzrə bir barel neftin orta qiyməti $40 təşkil edib, baxmayaraq ki, Azərbaycanın dövlət büdcəsinin gəlirləri neftin bir barelinin qiyməti $55 olmaqla hesablanıb. "Təbii ki, bu, neft gəlirlərimizin azalmasına gətirib çıxardı. Bundan başqa, Azərbaycan OPEC+ sazişi çərçivəsində neft hasilatının azaldılması ilə bağlı öhdəlik götürüb. Bu öhdəliklərin yerinə yetirilməsi hasilatın 2,7 milyon ton, o cümlədən SOCAR üzrə 420 min ton azalmasına səbəb olacaq, lakin əsas yük ABƏŞ konsorsiumunun üzərinə düşəcək", – deyə nazir qeyd edib.
Şərifov vurğulayıb ki, Azərbaycan hökuməti mövcud vəziyyətlə əlaqədar dövlət büdcəsində neftin baza qiymətinə yenidən baxılması və neftin bir barelinin qiymətinin $35-dək azaldılması ilə bağlı qərar qəbul edib. "Nəticədə 2020-ci ildə Azərbaycanın dövlət büdcəsinə neft sektorundan daxilolmalar planlaşdırıldığından 390 milyon manat az olacaq", - deyə o əlavə edib.
OPEC və qeyri-OPEC ölkələri 12 aprel 2020-ci il tarixində keçirilmiş videokonfransda gündəlik neft hasilatının 2020-ci il mayın 1-dən 2022-ci ilin aprel ayınadək üç mərhələdə kollektiv surətdə azaldılması üzrə razılaşmanı təsdiqləyib. Birinci mərhələdə (2020-ci ilin may-iyun ayları) hasilat 9,7 milyon barel azaldılacaq.
Lakin OPEC və OPEC+ ölkələri nazirlərinin iyunun 6-da keçirilən görüşündə OPEC+ ölkələri birinci mərhələdə gündəlik hasilatın daha bir ay – iyulun sonunadək azaldılması ilə bağlı razılığa gəliblər.
May-iyun aylarında “OPEC plus” üzrə öhdəliklər gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 23% olmaqla 9,7 milyon barel, Azərbaycan üçün isə 164 min barel azaldılmasını nəzərdə tutur. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycanın öhdəlikləri avqust-dekabr aylarında bu göstəricidən 18% olmaqla 131 min barel, 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayınadək isə 14% olmaqla 98 min barel müəyyənləşib.
AÇG-də hasilat 567 min bareldən azaldılaraq 434 min bareldə, SOCAR (Azneft” İB, BM və ƏŞ) üzrə isə 151 min bareldən ixtisar edilərək 120 min barel həcmində saxlanılmalıdır.*
N.Abbasova, A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət