SOCAR 2020-ci ilin may-iyul aylarında dünya bazarlarına 64 min ton Aİ-92 markalı avtomobil benzini ixrac edib, avqustda ixrac planlaşdırılmayıb.
"2019-cu ildə Azərbaycandan Aİ-92 markalı benzin ixrac olunmayıb, istehsal olunan bütün məhsul daxili bazara yönəldilib. Bu il ölkədə avtomobil benzininin istehlak həcmi azalsa da, onun ixracı üçün şərait yaranıb. Beləliklə, may, iyun və iyul aylarında ümumilikdə 64 min ton Aİ-92 markalı avtomobil benzini ixrac etmişik", - deyə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov "İnterfaks-Azərbaycan" agentliyinə bildirib.
Onun sözlərinə görə, koronavirus pandemiyası ilə əlaqədar karantin tədbirlərinin tətbiqi səbəbindən ölkə daxilində yanacağa tələbat əsasən aprel, may və iyun aylarında azalıb.
"Qeyd olunan aylarda yanacağa tələbatın azalmasına baxmayaraq, həmin dövrdə ölkə daxilində istehlak olunmayan neft məhsulları SOCAR tərəfindən ixrac olunub. İndi tələbat tədricən əvvəlki səviyyəyə qayıdır, buna görə də artıq avqustda benzin ixracı planlaşdırılmır", - deyə Əhmədov vurğulayıb.
Statistik məlumatlara əsasən, 2020-ci ilin yanvar-iyul aylarında ölkədə 715,9 min ton (artım 0,3%) avtomobil benzini istehsal edilib.
Neft-qaz bazarındakı mənbənin “İnterfaks-Azərbaycan” agentliyinə verdiyi məlumata görə, Azərbaycan bu ilin may ayında Aİ-92 markalı avtomobil benzininin ixracını bərpa edib. Bütün yanacaq partiyası Yunanıstana ixrac edilib.
Cari ilin may-iyun aylarında $11 milyon 265,15 min dəyərində 53 min 961,42 ton həcminə Aİ-92 markalı benzin Liviya, Yunanıstan və Rusiyaya ixrac edilib.
Sonuncu dəfə Azərbaycandan Aİ-92 markalı avtomobil benzini ixracı ($3 mlyon 428,63 min məbləğində 7 min 9,61 ton) 2017-ci ildə həyata keçirilib. Bütün partiya Əfqanıstana ixrac edilib.
SOCAR-ın strukturuna daxil olan Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (BNEZ) yalnız Aİ-92 markalı avtomobil benzini istehsal olunur.
Premium Euro-95 və Super Euro-98 markalı benzin növləri Azərbaycana idxal olunur.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət