Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) 2020-ci ilin əvvəlindən fermerlərə 30 milyon manat subsidiya ödəyib. Bu barədə agentliyin məlumatında deyilir.
“Sentyabrın 15-dək dövlət fermerlərə yazlıq əkinlərə görə 30 milyon manat subsidiya ödəyib. Bu məbləğin 17 milyon manatı pambıq, 1 milyon manatı isə tütün və çəltik istehsalçılarına çatıb”, - deyə məlumatda bildirilir.
Yazlıq əkin bəyanı etmiş fermerlərin 99%-i (50,146 min nəfəri) subsidiya alıb. Bu fermerlərin 19,515 min nəfəri pambıq istehsalçısıdır.
Bu il süni mayalanma ilə cins buzov əldə etdiyinə görə 27,91 min fermerə 4 milyon 525,5 min manat məbləğində subsidiya ödənilib.
19 min nəfərə yaxın arıçıya 4 milyon manatdan artıq subsidiya ödənilib və 700 min manatadək vəsaitin ödənilməsi üçün də monitorinqlər aparılır.
Bundan əlavə, 3,382 min kümçü 1,4 milyon manat məbləğində dövlət subsidiyası alıb.
Agentlik qeyd edir ki, bu günədək Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) 519,674 min fermer qeydiyyatdan keçib. Payızlıq və çoxillik əkinlər də daxil olmaqla, dövlət fermerlərə yeni qaydalarla 229 milyon manat subsidiya ödəyib.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət