Azərbaycan Respublikası Baş Prokurorluğunda Ermənistan silahlı qüvvələri tərəfindən Yevlax rayonu ərazisində ixrac neft-qaz infrastrukturuna və digər qeyri-hərbi təyinatlı obyektlərə raket zərbələrinin endirilməsi faktı ilə bağlı cinayət işi başlanıb.
“Ermənistan silahlı qüvvələri oktyabrın 6-da saat 18:30 radələrində Azərbaycan Respublikasının Yevlax rayonunun silahsızlaşdırılmış zonaları, habelə hərbi hədəf olmayan, aydın görünən, fərqləndirilən və xam neft və kondensat ixrac edən kəmərləri hədəfə almaqla, eləcə də döyüşlərdə iştirak etməyən, hərbi əməliyyatlar aparılan ərazidən ən azı 50 kilometrdən artıq məsafədə yerləşən Yevlax rayonunun Aran qəsəbəsi istiqamətində beynəlxalq hüquqla qadağan edilmiş silahları, müharibə vasitələrini və üsullarını tətbiq edib mülki obyektlərə əhəmiyyətli zərər vura bilən qurğulara raketlə hücum etməklə 9M525 qəlpəli “Smerç” nəslindən olub böyük dağıdıcı qüvvəyə malik, içərisində 300 ədəd 9N235 bombacıqları olan reaktiv yaylım atəşli raketdən atəş açıb”, - deyə məlumatda bildirilir.
Raketin Azərbaycan Silahlı Qüvvələri tərəfindən havada zərərsizləşdirilməsi nəticəsində onun içərisində olan bombacıqlardan bir hissəsi Yevlax rayonunun Aran qəsəbəsindən keçən, diametri 42 düym olan Cənub Qafqaz Genişlənmiş Boru kəmərinin boru xəttinin üzərinə, bir hissəsi həmin ərazidən keçməklə xam nefti Qara dəniz sahilinə nəql edən Qərb İxrac Boru kəmərindən 120 metr məsafəyə, digər hissələri isə həmin qəsəbədən keçən Bakı-Tbilisi-Ceyhan neft kəmərindən 100 metr məsafəyə səpələnib.
Göstərilən cinayət faktları ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən oktyabrın 6-da Cinayət Məcəlləsinin 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.1, 116.0.6, 116.0.7 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2 (silahlı münaqişə zamanı cinayətkar əmr vermə), 214.2.1, 214.2.3 (terrorçuluq), 218.3 (cinayətkar birlik (təşkilat) yaratma), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) və 186.3-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanıb”, - deyə məlumatda qeyd olunur.
İstintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət