1 oktyabr 2020-ci il tarixinə Mərkəzi Bankın depozit hərracları və notların yerləşdirilməsi vasitəsilə cəlb etdiyi vəsaitin qalığı 959 milyon manat təşkil edir.
“2020-ci ilin yanvar-sentyabr aylarında Mərkəzi Bank milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə 49 depozit hərracı və 33 not hərracı keçirib. Depozit hərracları və notların yerləşdirilməsi vasitəsilə cəlb olunmuş vəsaitin qalığı 959 milyon manat təşkil edib”, - deyə AMB-nin 2020-ci ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalında bildirilir.
Sentyabr ayının sonuna depozit əməliyyatları ilə cəlb edilmiş vəsaitlərin qalığı 250 milyon manat, notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin qalığı 709 milyon manat təşkil edib.
“Koronavirus pandemiyasının makroiqtisadi sabitlik və valyuta bazarı üzərində yaratmış olduğu təhdidlərin yumşaldılması məqsədilə Mərkəzi Bank sterilizasiya alətlərinin müddətlərinə dəyişiklik etmiş, bununla da sterilizasiya portfelinin durasiyası azaldılmışdır. Belə ki, 28 günlük depozit hərracları əvəzinə yalnız 14 günlük depozit hərraclarının keçirilməsinə, uzunmüddətli not hərraclarının əvəzinə yalnız 28 günlük notların yerləşdirilməsinə başlanılmışdır. Hesabat dövründə notların yerləşdirilməsi üzrə yeddi uzunmüddətli və on iki 28 günlük hərrac keçirilib”, - deyə məlumatda qeyd olunur.
1 oktyabr 2020-ci il tarixinə Mərkəzi Bankın depozit hərracları və notların yerləşdirilməsi vasitəsilə cəlb etdiyi vəsaitin qalığı cari ilin əvvəli ilə müqayisədə 0,9% artıb.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət