“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2021-ci ildə Azərbaycanın bank sektoru üçün çətinliklərin davam edəcəyini proqnozlaşdırır.
"Biz 2021-ci ildə Azərbaycanda banklar üçün ümumi işgüzar və əməliyyat mühitinin bütövlükdə 2020-ci ildə olduğu kimi mürəkkəb olaraq qalacağını gözləyirik. ÜDM-in 2020-ci ildə 4%-lik azalmadan sonra 2021-ci ildə 2,5%-dək artacağını gözləsək də, hesab edirik ki, pandemiya 2021-ci ildə biznesin həcmlərinə və bankların aktivlərinin keyfiyyətinə təsir göstərməyə davam edəcək", - deyə agentliyin MDB regionu, Ukrayna və Gürcüstanın bank sektoru ilə bağlı icmalında bildirilir.
Agentliyin analitikləri problemli kreditlərin həcminin artacağını və möhlət tədbirləri ləğv edildikdən sonra əlavə ehtiyatların tələb olunacağını istisna etmirlər.
"Bu, banklar üçün biznes mühitinə əhəmiyyətli dərəcədə təsir göstərməməlidir, çünki restrukturizasiya həcmi orta səviyyədədir, iqtisadiyyatın bərpası isə əvvəlki kimi biznes üçün imkanlar açır. “Fitch” 2021-ci ildə problemli kreditlərin 10%-dən çox artacağını gözləyir, belə ki, pandemiya ilə əlaqədar restrukturizasiya edilmiş kreditlərin bir hissəsinin vaxtı keçə bilər", - deyə icmalda qeyd olunur.
Ekspertlər qeyd edirlər ki, dedollarizasiya prosesi əhəmiyyətli dərəcədə makroprudensial təşəbbüslərin olmaması səbəbindən daha tədrici xarakter alacaq.
"2020-ci ildə dedollarizasiya meyilləri neftin ucuzlaşması səbəbindən manatın devalvasiyası gözləntiləri fonunda zəifləyib. 2020-ci ilin birinci yarısının sonuna kreditlərin 33%-i və depozitlərin 60%-i xarici valyutada olub. Depozitlərin yüksək səviyyədə dollarlaşması (maliyyələşmənin təxminən 80%-i) bankların yerli valyutada kredit vermək qabiliyyətini məhdudlaşdırır. Makroprudensial təşəbbüslər olmadığı təqdirdə, biz dedollarizasiyanın tədrici proses olaraq qalacağını gözləyirik", – deyə icmalda bildirilir.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət