2021-ci ildə Azərbaycanda limon yetişdirən aqrar müəssisələrə və sahibkarlıq subyektlərinə dövlət tərəfindən 11000 manat/ha məbləğində birdəfəlik əkin subsidiyası veriləcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir.
“2021-ci ildə salınacaq limon bağları üçün fermerlərə 11 min manat/ha birdəfəlik subsidiya veriləcək”, - deyə məlumatda bildirilir.
Bu qərar Aqrar Subsidiya Şurası tərəfindən qəbul olunub.
Qərara əsasən, yeni intensiv bağların salınması üçün xərcləri qismən kompensasiya etmək məqsədilə birdəfəlik əkin subsidiyası 2021-ci ildə salınacaq portağal, naringi bağlarına 9000 manat/ha, deqradasiyaya uğramış və bonitet balı aşağı olan torpaq sahələrində salınacaq nar bağlarına 5000 manat/ha, zeytun bağlarına 4900 manat/ha, boş olan Meşə Fondu torpaqlarında, dağlıq və dağətəyi ərazilərdə salınan fındıq bağlarına 4400 manat/ha təşkil edəcək.
Fermerlərdən gələn təkliflər nəzərə alınaraq fındıq bitkisi üzrə dövlət dəstəyi Ağdaş, Tovuz, Tərtər, Şamaxı və Yardımlı rayonlarında salınan fındıq bağlarına da şamil ediləcək.
Qarğıdalı, günəbaxan, soya, darı, yem üçün sorqo, kartof bitkiləri üzrə yay ayları (1 iyun-31 avqust) ərzində aparılacaq təkrar əkinlərə 60 manat/ha əkin subsidiyası veriləcək.
İntensiv və yarıintensiv gərzəkli və digər meyvə bağları üzrə əkin subsidiya məbləği eyniləşdirilərək bağın salındığı ilk 4 il ərzində 700 manat/ha, digər illər üzrə 240 manat/ha olaraq ödəniləcək.
“Buğda bitkisi üzrə əkin sahələrinin 20 hektarından çox olmayan hissəsinə 2020-ci ildə olduğu kimi 200 manat əkin subsidiyası veriləcək. Əkin sahələrinin 20 hektardan çox olan hissələrinə əkin subsidiyası məbləği isə 160 manat müəyyən edilib. Yonca bitkisi üzrə əkin subsidiya məbləği 2020-ci ildən fərqli olaraq 50 manat müəyyən olunub”, - deyə məlumatda qeyd olunur.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət