Ermənistan ərazisindən keçməklə Azərbaycanla Türkiyə arasında yeni dəmir yolunun tikintisi $434 milyon həcmində qiymətləndirilir. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bəyan edib.
“Faktiki olaraq Azərbaycan (bu layihəni reallaşdırmaqla - İF) Aralıq dənizi hövzəsi ilə Xəzər hövzəsinin Böyük İpək yolu və Şimal-Cənub dəhlizi üzrə daha bir inteqrasiyasına rəvac verir. Orta Asiya və Avropa, Türkiyə və Rusiya, İran və Avropa, Türkiyə və Orta Asiya arasında yeni nəqliyyat imkanları yaranır”, - Mərkəzin mətbuat xidməti Qasımlının sözlərindən sitat gətirir.
Onun rəyinə görə, Qars-Naxçıvan-Meqri-Zəngilan-Bakı dəmiryolu xətti Naxçıvanın blokadadan çıxarılması, nəqliyyat xərclərinin azalması, ətraf mühitə təsirlərin azaldılması, xarici ticarət imkanlarının artması, turizmin və sərnişin dövriyyəsinin yüksəlməsi və regiona sərmayə cəlbi baxımından əhəmiyyətlidir.
“Regionumuzda Azərbaycanın yaratdığı yeni reallığa uyğun olaraq kommunikasiyaların açılması sülhün, təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın əsasını qoyur ki, bu da sərmayələrin cəlbi və davamlı inkişaf deməkdir. İndi dizayn verilən kommunikasiya layihələri regionun gələcək nəqliyyat və enerji xəritəsini, bütövlükdə iqtisadi, siyasi və strateji arxitekturasını şəkilləndirəcək”, - Qasımlı qeyd edib.
O, həmçinin qeyd edib ki, Ermənistan iki istiqamətdə Azərbaycanın nəqliyyat imkanlarından istifadə etməklə, öz ticarət dövriyyəsinin 25-30%-ni təşkil edən Rusiya ilə əlaqə yarada bilər: Gümrü-Naxçıvan-Meğri-Bakı və İcevan-Qazax-Bakı.
“Nəzərə alsaq ki, Qarsdan Gümrüyə də dəmiryolu xətti mümkündür, bütövlükdə xarici mənbələrin hesablamalarına görə, Qars-Gümrü-Naxçıvan-Meğri-Bakı üçün təxmini 434 milyon dolları xərc tələb edilir və dəmir yol layihəsi illik 10 milyon ton yük daşımaqla fəaliyyətinin 13-cü ilində mənfəət gətirə bilər. Beləliklə, Azərbaycan və Türkiyənin dəmiryolu xətlərinin inteqrasiyasına Ermənistanın qoşulmaq imkanları rəsmi İrəvanın nə qədər rasional siyasət yürütməsindən asılı olacaq”, - Qasımlı qeyd edib.
Onun sözlərinə görə, Cənubi Qafqazda kommunikasiyaların açılması İranın Bəndər-Abbas yük limanı vasitəsilə İran körfəzi və Oman körfəzinə və Hind okeanına çıxış, İstanbul-İslamabad qatar xəttinə qoşulma imkanı yaradır. **
N.Abbasova
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət